8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ziyalıların nüfuzdan salınması millətin qaranlığa məhkum edilməsi deməkdir
Son zamanlar bəzi internet resurslarda, sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovu hədəf alan yazılara rast gəlmək olur. Öncə onu qeyd etmək istərdik ki, akademik Abel Məhərrəmovun elm aləmindəki yerini heç bir tənqidi yazı ilə aşağı salmaq mümkün deyil. Ona görə də akademik Abel Məhərrəmovun hansısa müdafiəyə də ehtiyacı yoxdur.
Ancaq bəzi məqamalara aydınlqı gətirməklə ictimiyyətin çaşdırılmasına imkan vermək istəmirik. İlk öncə onu qeyd edək ki, akademik Abel Məhərrəmovun elmi faəliyyətini əks etdirən statistikanın ayrı-ayrı yazılrada fərqli şəkildə getməsində qeyri-adi heçnə yoxdur. İki tarixçinineyni hadisənin fərqli zamanlarda baş verməsini irəli sürməsi həmin hadisənin özünə heç bir şübhə salmadığı kimi, akademik Abel Məhərrəmov haqqında da yazılan yazılarda onun elmi əsərlərinin sayı ilə bağlı fərqli statistikanın göstərilməsi bir alimin alimliyinə şübhə yaratmır. Digər tərəfdən alimlərin elmi işlərinin tam siyahısını yəqin ki, özləri də bilmirlər. Çünki onlar bir qayda olaraq bunun siyahısını aparmır. Bu fikirə inanmayanlar qohumları, tanışları arasında alim olanı varsa, əlaqə yaradıb, öyrənə bilərlər. Çünki bir alimin faəliyyəti bir ili, beş ili əhatə etmir. Ömrün 44 ilini elmə həsr edən alim nə elmi məqalərinin, nə tezislərinin tam siyahısını bilə bilməz. Bunu tam dəqiq şəkildə müəyyən etmək üçün həmin 44 ildə elmi nəşrlərdə çap olunan məqalə və tezislərin hamısını tapıb, üzə çıxarmaq lazımdır.
Digər tərəfdən bir alimin alimliyini onun əsərlərinin sayı müəyyən etmir. Bəzən bir əsər kifayətdir ki, alim elm tarixinə öz möhrünü vurmuş olsun. Ümumiyyətlə,yaradıcılıq belədir.Bir şair ədəbiyyat tarixinə bir şeri ilə də düşə bilər. Beyin məhsulu dünyada yeganə məhsuldur ki, onun statistikasına deyil, önəminə qiymət vermək lazımdır. Məsələn, Facebook-un yaradıcısı Mark Zuckerberg bircə beyin məhsulu ilə dünyanın ən bahalı neft şirkətini dəfələrlə geridə qoyub. Buna görə də akademik Abel Məhərrəmovun elmi fəaliyyəti ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən dərc edilmiş yazılardakı statistik məlumatların fəqrini böyük tapıntı kimi üzə çıxarıb, sensasiya kimi təqdim etməklə ancaq savadsız insanların fikirlərinə təsir etmək olar. Akademik Abel Məhərrəmovun elmi faəliyyəti haqqında isə ancaq kimyaçı alimlər danışa bilər. Məhz onlar akademikin elmi faəliyyətinin elm tarixindəki yeri haqqında fikir irəli sürə bilərlər. Bundan başaqa istənilən şəxsin münasibəti bir diletantın münasibəti olacaqdır. Kimyəvi düsturdan xəbəri olmayan birisi kimyaçı alimin əsərlərinə hansı haqla qiymət verə bilər?
Azərbaycan cəmiyyətində sensasiya axtarışı həvəsinin hələ də qalması da belə sensasiya müəliflərinin mətbautda mövcudluğunu təmin edir. Dəfələrlə müşahidə etmişəm ki, dəyərli dərin təhlili bir məqalə eyni saytın səhifəsində bir neçə yüz nəfər tərəfindən, uydurma bir xəbər isə bir neçə min tərəfindən oxunur. Məhz həmin bir neçə min nəfər həmin uydurma xəbər yayıcılarının mövcudluğunun təminatçısıdır.
Akademik Abel Məhərrəmovun elmi fəaliyyətini şübhə altına almaq üçün ayrı-ayrı qələm sahiblərinin təqdimatındakı yazılardakı statistik məlumatları araşdıb, sensasiya kimi təqdim etmək istəyənlər də bununla gündəmdə qalmağa bacaranlardandır. Yeri gəlmişkən onalrın heç biri nə Rəşad Məcidin, nə də Cahangir Məmmədlinin Azərbaycan jurnalistkasının inkişafına verdiyi tövhəni verməyiblər. Ən azından nəyisə yazmazdan öncə bunu düşünmək lazımdır.
Arzuman LOĞMANOĞLU,
"Yeni Sözçü" qəzeti