Qazaxıstan səfiri BDU-da olub

Qazaxıstan səfiri BDU-da olubBakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevlə görüşüb.BDU haqqında məlumat verən rektor onun beynəlxalq əlaqələrindən bəhs edib edib. Eyni zamanda, Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqdan, Bakı Dövlət Universitetində görkəmli qazax yazıçısı və filosofu Abay Kunanbayev adına Mərkəzin fəaliyyətindən də danışıb.
Səfir Beybit İsabayev, öz nəvbəsində, xalqlarımız arasındakı qardaş və dostluq əlaqələrindən,təhsil və elm sahəsindəəlaqələrin uğurlu inkişafından danışıb. O, bu il Qazax xanlığının 550 illik yubileyi olduğunu və bu münasibətlə elmi məqalələrdən ibarət kitab kolleksiyasının nəşrinin nəzərdə tutulduğunu, Abay Kunanbayevin isə 170 illikyubileyinin qeyd ediləcəyini söyləyib.
Sonda Bakı Dövlət Universitetində Qazax xanlığının 550, A.Kunanbayevin 170 illik yubileyi münasibətilə elmi konfransın və adıçəkilən kitabın təqdimat mərasiminin keçirilməsi barədə razılıq əldə edilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}