8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Abel müəllimin rektor olduğu dövrdə Bakı Dövlət Universitetinin maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşmaqla yanaşı, təhsilin və tədrisin səviyyəsi də yüksəlib. Əgər Abel Məhərrəmovdan əvvəl Bakı Dövlət Universitetində iki dildə elm tədris olunurdusa , indi üç dildə elm tədris olunur. Bu illər ərzində müasir dövrün tələblərinə uyğun yeni ixtaslar üzrə fakultə və kafedralar yaranıb. Abel müəllim ömrünü Bakı Dövlət Universitetinə həsr etsə də, özünü tapdığı kimya elmini də heç vaxt ikinci plana keçirməyib. Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalənin dərc olunması , 33 ixtirası, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaitinin müəllifi olması da Abel müəllimin kimya elmini heç vaxt həyatında ikinci plana keçirmədiyinin təsdiqidir. Abel Məhhərəmovu elm aləmi isə daha çox kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən bir alim kimi tanıyır, qəbul edir. Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvü seçilməsi də onun bir alim kimi bütün dünyada qəbul edilməsinin göstəricisidir.
Yanvar ayının 5-də 67 yaşı tamam olan Abel Məhhərəmovun hələ uzun illər kimya elminin inkişafına, Bakı Dövlət Universitetinin daha da böyüməsinə və elm mərkəzi olmasına xidmət edəcəyini arzu edirik. Siyasi səhnədə, dövlət aparatında, biznesdə uğurlardan imtina edərək özünü elmə, gənc nəslin biliklərə yiyələnməsinə həsr edən alimlərimiz var. Necə ki, Azərbaycanda belə elm xadimləri var, o zaman elmin gələcəyindən nigarançılıq olmayacaq. Bu isə Azərbaycan dövlətinin gələcəyinə daha nikbin baxmağa imkan verir. Millətinə bu imkanı qazandıran insanları alqışlamaq, təqdir etmək hər birimizin vəzifəsi olmalıdır.
Arzuman LOĞMANOĞLU,
"Yeni Sözçü" qəzeti