8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyini yox olmaqdan xilas edək
İnkişaf etmiş xalqlar hər vasitə ilə tarix boyu yaratdlqları maddi-mənəvi dəyərləri muzeylərdə qoruyub saxlamağa çalışılar. Bu xalqın keçmişi ilə gələcəyi arasında ən yaxşı körpüdür. Eyni zamanda bir xalqın özünü bəşəriyyətə təqdimatının da ən inandırcı formasıdır.
Fransanın kiçik şəhərlərindən olan Qrassı dünya ətriyyat paytaxtı kimi tanısa da, fransızlar bu şəhərdəki Beynəlxalq Parfumeriya Muzeyi ilə fəxr edirlər. Dünyada yeganə parfumeriya muzeyi olan bu muzeydə son 400 il ərzində onların hansı üsullarla hazırlanması ilə tanış olmaq olar. Qrassı Beynəlxalq Parfumeriya Muzeyitamaşa etmək üçün hər il milyonlarlaturistin Fransaya səfər etməsinə səbəb olur. Bu şəhərdəki Beynəlxalq Parfumeriya Muzeyini görmək istəyənlər Parisdəki Eyfel qülləsini görmək istəyənlərdən çoxdur.
Fransanın kiçik şəhəri Qrassı özünün Beynəlxalq Parfumeriya Muzeyi ilə fəxr etdiyi kimi Estoniyanın Tartu şəhəri də özünün Oyuncaq Muzeyi ilə fəxr edir. Tartu sakinləri bu muzeyin dünyada yeganə oyuncaq muzeyi olmasından xüsusi fəxrlə söz açırlar. Oyuncaq Muzeyi də hər yüz minlərlə turisti Tartuya cəlb edir.Ümumiyyətlə isə kiçik şəhər olan Tartuda on dənə muzey mövcuddur. Yolu bu şəhərdən düşənlər həmin muzeylərdə daima turistlərlə rastlaşa bilərlər. Estoniyanın Saarema adasındakı Külək Dəyirmanı Muzeyi də estonların xüsusi fəxr duyduqları məkanlardandır. Bu muzey də turistlərin maraq göstərdiyi məkanlardandır. Estonlar isə bu muzeylərlə özlərinin maddi-mənəvi əsərlərini nümayiş etdirməklə bəşər tarixinə verdikləri nailiyyətlədən qürür duyurlar.
Azərbaycanda isə muzeylərə xüsusi ögey münsibətlər mövcuddur. Bunu Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin nümunəsində görmək daha aydın olur. Bu muzey 1923-cü ildə respublika hökuməti və Torpaq Komissarlığının təşəbbüsü ilə yaradılıb. Bir əsrə yaxın yaşı olan bu muzeyin hələ də özünün binası yoxdur. Muzey "Baytarlıq şəhərciyi”nində fəaliyyət göstərən Baytarlıq Elmi Tədqiqat İnstitutunun binasının 5-ci mərtəbəsində fəaliyyət göstərir. Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla zəngin olan bu muzey yer olmaması səbəbindən bütün eksponatlarını nümayiş etdirə bilmir.Muzeyə aid olan eksronatların yarısından çoxu başqa yerlərdə saxlanılır. Dünyada bu təyanatlı 5 muzeydən biri olan Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyində Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 15 mindən çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII-XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeyin Beyləqan rayonunda Sevil Qazıyev adına ev muzeyidə fəaliyyət göstərir. Muzeyə giriş pulsuzdur. Baxmayaraq ki, onu başqa ölkələrdəki anoloqlarına giriş puludur və qiymətlər bir neçə avrodan iyyirmi avro arasında dəyişir.
Azərbaycanda isə bu muzeyin özünün binası belə yoxdur. Son illər Azərbaycanda çoxsaylı infrastruktur layihələr həyata keçirilib. Demək olar ki, hər rayonda Olimpiya İdman Kompleksləri inşa edilib. Onların ən ucuzu respublika büdcəsinə 3 milyona, bahalısı isə 25 milyona başa gəlib. Ancaq bu gün onların bir çoxunun qapısndan qıfıl asılıb. Eləcə də bu qəbildən olan bir çox infrastuktur layihələr var ki, sərf edilən vəsaitlər faktiki olaraq havaya sovrulub. Ancaq bu obyektlərdən biriin əvəzinə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi üçün bina tikilsəydi, xalqın tarixinin təbliğinə də, turst cəlbinə də daha çox xidmət etmiş olardı.
Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin taleyinə biganəlik o dərəcə də hal alıb ki, muzeyin əməkdaşlarının sayı ildən ilə ixtisar olunur. Əgər əvvələr bu muzeydə 38 nəfər işləyibsə, indi cəmi 22 nəfər çalışır. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi bu günə kimi mövcud qaldığına görə muzeyin direktoru Natiq Qurbanova minətdar olmalıyıq. Onuda qeyd edək ki, ömrünün 41 ilini bu muzeyin qorunub saxlanmasına həsr edən Natiq müəllimə minətdar olmaq azdır. Bu insanın muzeyi qoruyub saxlamq üçün etdiyi fədakarlığa biz də qoşulmalı, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin özünün binasının olması üçün çalışmalıyıq. Əgər, bu muzeyi gələcək nəsillər üçün qoruyub saxlaya bilməsək, gələcək nəsillər bizi bağışlamayacaq.
Azad Aydın,
"Yeni Sözçü” qəzeti