Yardımlıda itlərini dalaşdıranlar özləri əlbəyaxa oldular

 

Yardımlıda Şovud və Ləzran kəndləri arasındakı Abudərə adlı ərazidə bir qrup şəxs arasında kütləvi dava baş verib.

"Qafqazinfo” bildirir ki, itləri döyüşdürmək üçün bir araya gələn rayon sakinləri arasında bir müddət sonra münaqişə baş verib. Münaqişə zamanı üç nəfər bıçaqlanıb. Onlardan ikisi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, biri isə Yardımlı xəstəxanasına aparılıb. Lakin sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Ölən Yardımlının Ləzran kənd sakini Bəhruz adlı şəxsdir.



Oxşar Xəbərlər

Xəbər lenti