8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bacanaqlar arasında düşən mübahisə, sonda onlardan birinin bıçaqlanması ilə nəticələnib. APA TV-nin məlumatına görə, hadisə Astara şəhərində qeydə alınıb.
Kakalos kənd sakini Emin Əkbərov şəxsi münaqişə zəminində bacanağı, 64 yaşlı Həbib Məmmədovu bıçaqlayaraq ona ağır bədən xəsarəti yetirib. Bıçaq yarası alan Həbib Məmmədov dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Həbib Məmmədovun yaxınlarının sözlərinə görə, hadisə Emin Əkbərovun yoldaşı ilə boşanmaq üçün keçirilən məhkəmə prosesindən sonra tərəflər arasında yaranan mübahisə zamanı baş verib.
Emin Əkbərov bacanağını bıçaqladığını etiraf edib. Hazırda baş verən hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.