8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlər veriblər. C.Hacıyev vəsatətlərin təmin edilməsini istəyib.
Proses 14:30-da davam edəcək.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.
Məhkəmə prosesində təqsirləndirilənlərin yaxınları, o cümlədən Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva da iştirak edir.