Salyanda mühasib mağazadan oğurladığı 65 min manatı Bakıda hotellərdə xərcləyib

Salyan rayonunda inşaat materialları mağazasında oğurluq olub.
Sozcu.info-in əldə etdiyi məlumata görə, hadisə noyabr ayında qeydə alınıb.
Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat pul oğurlanıb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.
İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə, bahalı hotellərdə gecələməyə xərcləyib.


Oxşar Xəbərlər

Xəbər lenti