Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib

Paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub. 
Daxili İşlər Nazirliyindən (DİN) Sozcu.info-a verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər - 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib. 
Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir.
İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.


Oxşar Xəbərlər

Xəbər lenti