"Lotu Quli"nin dostu olan kriminal avtoritet təcridxanadan YOXA ÇIXIB

Qazaxıstandakı kütləvi iğtişaşların təşkilində şübhəli bilinən, "Lotu Quli"nin yaxın dostu kimi tanınan "Arman Dikiy" kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev təcridxanadan yoxa çıxıb.
Sozcu.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Cumageldiyevin vəkilləri açıqlayıb.
Müdafiə tərəfləri "Arman Dikiy"in hara və hansı səbəbdən köçürüldüyünü bilmirlər.
Vəkil Talqat Esimovun sözlərinə görə, onlar A. Cumageldiyevlə bir gün əvvəl görüşüblər və o, ifadə verməyə hazırlaşıb.
Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları da kriminal avtoritetin yoxa çıxması barədə heç bir məlumata sahib deyillər.


Oxşar Xəbərlər

Xəbər lenti