8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəmə prosesi keçirilib.
Hurriyyet.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində eyni ittihamla təqsirli bilinərək cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Rzayev dindirilib. M. Rzayev 2020-ci ildə DTX tərəfindən həbs olunub. Azərbaycan İslam Partiyasının sədr əvəzi olmuş ilahiyyatçı İlham Əliyevlə birgə mühakimə olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zalına qolları qandallı gətirilən şahid ifadəsində Səbuhi Səlimovu tanımadığını bildirib. O, iki dəfə Məşhəd şəhərində ziyarətdə olduğunu, orada heç kimlə görüşmədiyini məhkəmənin diqqətinə çatdırıb: “Həbsimə səbəb partiya sədri Hacı İlhama xidmət etməyim olub”.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət yarandığından onun istintaqdakl ifadəsi məhkəmədə elan edilib.
O istintaqa verdiyi ifadəsində bildirib ki, İlham Əliyevlə iki dəfə İranda ziyarətdə olub: “Münasibətlərimiz yaxşı idi və bu, mən həbs olunana qədər davam etdi. Təxminən 2004-cü ildən onunla münasibətimiz ibadət əhli kimi daha da yaxşılaşdı”.
O ifadəsində bildirib ki, İlham Əliyev Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən 3-4 ay sonra Mehman onun tapşırığı ilə metronun Nəriman Nərimanov və Qara Qarayev stansiyalarının yaxınlığındakı ərazilərdə 3 iranlı ilə görüşüb: “Görüşəndə mənə içində ABŞ əskinaslarının olduğu bağlama verdilər. Mən də həmin bağlamanı İlham Əliyevə çatdırıdım.”
M. Rzayevin sözlərinə görə, görüşdüyü iranlı şəxslər ona görüşə telefonsuz və maşınsız gəlməyi, görüşə gələrkən ehtiyatlı davranmağı tapşırıb:
M.Rzayev məhkəməyə bildirib ki, SEPAH əməkdaşları ondan Səbuhi Səlimovu deyil, Hacı Əlikramı soruşublar: ”Nardaranlıyam, Hacı Əlikram kəndçim olub”.
Hakim iranlının niyə məhz Səbuhi Səlimovun adını çəkməsini M.Rzayevdən soruşub. M.Rzayev cavabında belə deyib: “Elə deyirdilər ki, yadına sal, yadına sal. Mən də özümü qurtarmaq üçün Səbuhinin adını yazmışam. Başqa çıxış yolum yox idi. Səbuhini isə tanımamışam”.
Məhkəmədə şahidlərin dindirilməsi prosesi başa çatıb və sənədlərin tədqiqinə başlanılıb.
Qeyd edək ki, Səbuhi Səlimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.
sfera.az