Kürdəmirdə qanunsuz ov edən şəxs saxlanılıb


Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Şilyan kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.info-ya verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin kənd sakini Ə.Mustafayev olduğu müəyyən edilib.

Həmin şəxsdən bir ədəd ov tüfəngi, həmin silaha aid patronlar, eləcə də ovladığı çöl heyvanları və quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

Musavat.com

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}