Azərbaycan tarixi abidələrin dağıdılmasına görə beynəlxlaq təşkilatlara müraciət edəcək

İşğaldan azad edilmiş ərazilərdə ötən ilin noyabrından sonra 400-dən çox tarixi-mədəniyyət abidəsi aşkar edilib". Sozcu.info xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, 140-150-yə yaxın aşkar edilən abidələr var ki, onlar dövlət reyestrində olmayıb: "Eyni zamanda 800-dən çox mədəniyyət müəssisələri, teatr və kitabxanalar, musiqi məktəbləri və s. var idi. Monitorinqlərimiz onu göstərir ki, 95 %-ə yaxın tarix-mədəniyyət abidələri dağıdılıb. Bu monitorinqlər hələ də davam edir".
"Elə yerlər var ki, ora bizim nümayəndələr gedib çıxa bilməyib. Burda həm mina təhlükəsi var, həm də landşaft çətinliyi var. Amma bu iş davam etdirilir. Monitorinq başa çatandan sonra bununla bağlı siyahı hazırlanaraq beynəlxalq təşkilatlara müraciət olunacaq, Ermənistanın məsuliyyətə cəlb olunmasını tələb edəcəyik. Dağıdılmış abidələr göstərir ki, bu hərbi və bəşəriyyətə qarşı törədilmiş cinayətdir", - nazir bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti