8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bildiyiniz kimi 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb. Azərbaycanla İtaliya arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf edir. Azərbaycan üçün Avropanın strateji tərəfdaşı olan ölkələrdən İtaliya Azərbaycanla həm ticarət, həm də ixracat tərəfdaşı olaraq birinci yerdədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yeri tutur.Cənab Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Dövlət başçısı qeyd etdi ki, “Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu rəqəm Azərbaycan ilə İtaliya arasında iqtisadiyyat, ticarət və ixracat sahəsində əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərir.Cənab Prezident İlham Əliyevin İtaliyaya səfəri ən yüksək səviyyədə keçib və bu səfər zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Prezidenti Sergio Mattarella və Baş nazir Mario Draqi ilə görüşlər zamanı ölkələrimiz arasında siyasi dialoqun inkişafında məmnunluq ifadə olunub və əlaqələrimizin strateji tərəfdaşlıq zəmnində inkişafı vurğulanıb.
Səfər zamanı İtaliyada Azərbaycan səfirliyinin yeni binası açılıb. Həmçinin vacib məqamlardan biri Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universiteti arasında akademik əməkdaşlığa dair sazişlərin mübadiləsi mərasimi oldu.Səfər çərçivəsində vacib məqamlardan biri də Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı oldu. Dövlət başçısı çıxışında qeyd etdi ki, “İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşlardan biridir. Azərbaycan bugünə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyəqə qədəm qoyub. Bu, bərpaolunan enerji resursları ilə bağlıdır.
Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır. Dövlət başçısı qeyd etdi ki, “Bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Bütün bunlar Azərbaycanın enerji siyasəti sahəsində apardığı uğurlu siyasətin daha bir göstəricisidir.
Hər zaman olduğu kimi, ölkə Prezidentinin İtaliyaya bu səfəri də çox uğurlu bir səfər oldu. Onu da qeyd etmək olar ki, İtaliya həm 30 illik işğal zamanı, həm də Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dost ölkədir. İtaliya Avropa İttifaqı ölkələri içərisində Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə dinamik inkişaf edir.
Cənab Prezident İlham Əliyevin İtaliyaya budəfəki səfəri iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ açacaq.İtaliya Avropada ölkəmizin ən yaxın tərəfdaş olduğu bir nömrəli ökədir. Bu isə ölkələrimiz arasında mövcud fəal siyasi dialoqa əsaslanır. Belə ki, iki il öncə, 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Eyni zamanda, ölkələrimizin ikitərəfli gündəliyinə davamlı olaraq yeni, vacib mövzular daxil edilir və ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər göstərilir. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır. Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Bu önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Buna misal olaraq ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti ilə tərəfdaşılığını qeyd etmək olar. Həmçinin Bakıda yaradılan Azərbaycan-İtaliya Universiteti də bu sahədə mövcud olan əlaqələrin göstəricisidir.
Məcid Rəsulov
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru