8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 32 yaşı var, lakin bizim qədim tariximiz var. Və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar. Bu gündə belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Azərbaycan İsrailə uzun illərdir ki, xam neftin etibarlı təchizatçısı kimi davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığını nümayiş etdirir. 30 may görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsrail dövlətinin prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023–2028-ci illər üçün əməkdaşlıq planı” imzalanıb, bu əməkdaşlıq həm də gələcək strateji əməkdaşlıq üçün müəyyənləşən bir yoldur. İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki ölkə arasında prezidentlərin birgə bəyanatları bir daha sübut edir ki, bu münasibətlər inkişaf edir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinindilinə, dininə, mədəniyyətinə dərin hörmətlə yanaşıblar. Ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir.İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycana səfər edərkən İlham Əliyevlə görüşündə bildirmişdir ki, bu il İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha yüksək səviyyəyə qaldıracaq, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Həmçinin onlar enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdilər. Bu kənd təsərrüfatı sahəsində görülmüş işləri müzakirə etdilər. Hər iki dövlətin prezidentləri çox mühüm bəyanatlar, mesajlar verdilər, ciddi strateji sənədlər imzaladılar.
Afət Xudiyev
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info