12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Sərəncama əsasən, 17 oktyabr Füzuli ŞəhəriGünüdür. Bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan RespublikasıPrezidentinin Qarabağ iqtisadi rayonunda xüsusinümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib. Tədbirdədövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatikkorpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyialtında qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətənmüharibəsində və Antiterror əməliyyatı nəticəsində ŞərqiZəngəzuru və Qarabağı düşməndən azad edərək şanlıQələbə qazanıb. Artıq Füzuli şəhəri öz sakinlərinə qucaqaçır. Bu ilin avqust ayından 258 ailənin (928 nəfər) doğmaşəhərdə daimi məskunlaşması təmin edilib.Füzuli rayonunda bərpa və yenidənqurma işlərisürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpaolunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin beynəlxalq hava limanı açılıb. Artıq BöyükQayıdış proqramı çərçivəsində Füzuli şəhərininsakinlərinin bir qrupunun qayıdışı təmin edilib.Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli ŞəhəriGünü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib ki, füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyəqərar verməsi doğrudan da böyük hadisədir, çünkiuşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqlarıgörməyiblər. Prezident həmçinin çıxışında bildirib- “Onlarbu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızıürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünügöstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlıolan xalqıq. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzidairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqıöz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünyahaqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar birşeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğmadiyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğmadiyara bağlıyıq”Bəli, bu gün biz gənclər qürürla deyirik: “Biz Prezindentimizin uğurlu xarici siyasəti, qətiyyəti və poladiradəsi nəticəsində torpaqlarımızı bütöv şəkildə işğaldanazad etdik”.Gülnarə Əkbərova
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info