Dünən, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Müşahidəçilər qeyd edirlər ki, İran hakimiyyətinin ölkə üzrə interneti kəsməsi etirazçılar və beynəlxalq ictimaiyyət arasında informasiya axınını məhdudlaşdırıb. Bu səbəbdən real itkilərin daha çox ola biləcəyi, ölənlərin sayının bir neçə min nəfərə çata biləcəyi istisna edilmir.
Həbs edilənlərin sayı isə 10 mindən artıq qiymətləndirilir.
Eyni zamanda, hüquq-müdafiə təşkilatları, o cümlədən Norveçdə yerləşən Iran Human Rights mənbələrə istinadən bildirirlər ki, İranda hazırkı etirazların ilk iştirakçısının edamına hazırlıq gedir. Söhbət etirazlarda iştirakına görə “Allaha qarşı müharibə aparmaqda” ittiham olunan 26 yaşlı Erfən Soltanidən gedir. Onun yanvarın 14-də – həbsindən cəmi altı gün sonra edam oluna biləcəyi bildirilir.
Donald Tramp “CBS News”a müsahibəsində bildirib ki, İran hakimiyyəti etirazçıları edam etməyə başlasa, ABŞ “çox sərt tədbirlər” görəcək. Bununla belə, o, bu tədbirlərin konkret nədən ibarət olacağını açıqlamayıb.
İranda davam edən etirazlar 1979-cu il İslam İnqilabından bəri ölkənin dini rəhbərliyi üçün ən ciddi çağırışlardan biri kimi qiymətləndirilir. Etirazlar dekabrın 28-də iqtisadi böhran, milli valyuta rialın kəskin dəyərdən düşməsi və inflyasiyanın sürətlə artması fonunda başlayıb. Daha sonra aksiyalar anti-hökumət xarakteri alıb, hakimiyyət əleyhinə şüarlar səsləndirilib və monarxiyanın bərpası çağırışları irəli sürülüb.
İnternet kəsilməzdən əvvəl etirazların təxminən 120 şəhəri əhatə etdiyi bildirilirdi. Hakimiyyət nümayişləri silah tətbiq etməklə sərt şəkildə dağıdır.
Yanvarın 10-da Donald Tramp Truth Social-da ABŞ-nin “azadlığa can atan İrana kömək etməyə hazır olduğunu” bəyan edib. Yanvarın 12-də isə o, İranla biznes aparan ölkələrə qarşı 25 faiz rüsum tətbiq olunacağını açıqlayıb.
Rasim