8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Çin Cənubi Çin dənizində yerləşən mübahisəli adalarda gəmi əleyhinə qanadlı raketləri və zenit-raket komplekslərini gizli qurub.
Sozcu.info publika.az-a istinadən xəbər verir ki, bu haqda Amerika kəşfiyyatının məlumatları ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib.
ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) anonim nümayəndəsi bildirib ki, adaların sonrakı hərbiləşdirilməsi bu əraziyə iddia edən tərəflər arasında gərginliyin və etibarsızlığın artmasına xidmət edəcək. Daha əvvəl "Wall Street Journal” qəzeti bildirib ki, Çin mübahisəli adalarda xüsusi avadanlıqlar yerləşdirib. Bu avadanlıqlar radiolokasiya sistemlərinin fəaliyyətinə maneələr yaratmağa qadirdir.
Qeyd edək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq suları iddia edirlər. ABŞ isə Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib.
ABŞ-ın son təhlükəsizlik strategiyasında isə Çin və Rusiya ən böyük təhdidlər adlandırılıb. ABŞ bildirir ki, Çin süni adalar tikərək onların hesabına ərazi sularını genişləndirir və bu adalarda hərbi obyektlər inşa edir. Çin ABŞ-ın ittihamlarını rədd edir.
2016-cı ilin iyulunda Filippinin iddiası üzrə Haaqa Arbitraj Məhkəməsinin daimi palatası qərara alıb ki, Çin Cənubi Çin dənizində ərazi iddiaları üçün əsaslara malik deyil. Çin arbitrajın qərarını tanımayıb.
Analitiklərin proqnozlarına görə, Amerika əsas gücünü Çinlə mübarizəyə istiqamətləndirir. Bunun nə demək olduğu məlumdur. Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar.
Pekin isə Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu bildirir. 2017-ci ilin yanvarında Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabitin "Çin Xalq Qurtuluş Ordusu”nun saytında yayımlanan məqaləsində deyilirdi ki, "Trampın prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq şüar yox, realdır.