10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Tehrana və Kremlə qarşı ABŞ seçkilərinə müdaxilə ittihamı:
qara piar, yoxsa...
Milli Kəşfiyyat İdarəsi 4 ştatda seçicilərə hədə dolu elektron məktublar gəldiyini açıqladı, Rusiya və İranı suçladı; Hikmət Hacızadə: “Dünyada hamı bir-birinin seçkilərinə müdaxilə edir:..”
ABŞ-ın kəşfiyyat agentlikləri İran və Rusiyanı 3 noyabrda keçiriləcək prezident seçkisinə indidən müdaxilədə ittiham edir. “Sozcu.info-nun verdiyi xəbərə görə, kəşfiyyat idarələri Tehranla Moskvanın seçkiqabağı xaos və çaşqınlıq yaratmaq üçün seçici qeydiyyatı ilə bağlı məlumatlardan istifadə etməyə çalışdığını bildirir.
Milli Kəşfiyyat İdarəsinin direktoru Con Ratklif amerikalıları sakitləşməyə çalışıb və müdaxilə edən hər bir ölkənin bədəlini ödəyəcəyinə söz verib. “Biz seçici qeydiyyatı ilə bağlı bəzi məlumatların İran və Rusiyanın əlinə keçdiyini təsdiq etmişik. Hər iki ölkə seçkilərlə bağlı ictimai rəyə təsir göstərmək üçün spesifik addımlar atıb”, - deyə MKİ direktoru açıqlayıb.
Ratklif Rusiyanın bu məlumatlardan necə istifadə etdiyini deməyib. Lakin İranın kiber aktyorlarının fəal olduqlarını qeyd edib. Onun fikrincə, Tehranın əməliyyatlarından bəziləri ABŞ prezidenti Donald Trampa ziyan vura bilər: “Biz İranın seçiciləri qorxutmaq, sosial iğtişaş yaratmaq və Trampa zərər vurmaq məqsədilə saxta elektron poçtlar yolladığını görmüşük”.
Arizona, Alaska, Pennsilvaniya və Florida ştatlarında seçicilərə göndərilən elektron məktublarda Demokrat seçicilərə “Trampa səs verəcəksən, yoxsa səni təqib edəcəyik” hədəsi var. Ratklif deyib ki, İran həm də bəzi seçicilərin saxta bülleten atmağa meyilli olduqlarını iddia edən video yayıb: “Bu video və saxta bülletenlərlə bağlı hər hansı iddia həqiqətə uyğun deyil”.
Amerikada əvvəlki seçkilər haqda da kənar müdaxilə iddiaları meydana çıxmışdı. Trampın seçilməsində Rusiyanın təsiri mülahizələri səslənirdi. Bu dəfə də analoji konspirologiyalar, ittihamlar gündəmdədir. Üstəlik, bu fikirləri Demokrat, yaxud Respubikaçı partiyalarından hansısa funksioner deyil, MKİ direktoru irəli sürür.
Amma Tehranın və Kremlin okeanın o tayındakı seçkilərə, ictimai rəyə təsir etməsi nə dərəcədə mümkündür?
Sualımızı cavablandıran politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ictimai rəydə çaşqınlıq yaratmaq mümkündür. Onun fikrincə, dünyada hamı bir-birinin seçkilərinə müdaxilə edir:
“Həmin ölkələr öz maraqlarına uyğun namizədin prezident seçilməsi üçün addımlar atırlar. Bu, dünya praktikasında ilk belə hal deyil. Əgər Amerika kəşfiyyatının əlində konkret fakt varsa, qanunvericiliyə uyğun addım ata bilər. Əslində bu, çoxdankı siyasi oyunlardır. Məsələn, Xruşşov da deyirdi ki, Kennedini hakimiyyətə gətirmək üçün bütün imkanlarımızdan istifadə etdik. O dövrdə Amerikada solçu qüvvələrin SSRİ-yə simpatiyası var idi. Eləcə də Həmkarlar İttifaqları antikapitalist mövqedə idilər və sovetə rəğbəti ilə seçilirdilər. SSRİ həmin qruplarla əlaqə yaradır, təbliğat aparır, öz namizədinə səs toplayır. Bu, dünyada həmişə olub və indi də varsa, təəccüblənmirəm”.
H.Hacızadənin sözlərinə görə, əvvəlki seçkidə rusların Trampa təsir imkanları olduğu iddiaları meydana çıxmışdı:
“Onunla bağlı hansısa kompromat material olub və bundan guya istifadə ediblər, Trampın seçilməsi ilə ona təsir imkanları yaranıb. Amma İrana Trampın qalib gəlməsi niyə lazımdır, aydın deyil. Tramp İrana sanksiya tətbiq edib, nüvə sazişindən çıxıblar. İran niyə onu dəstəkləməlidir?!”
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, apreldə eyni ittihamı Tramp səsləndirmişdi:
“Amma Çinə qarşı iddia irəli sürmüşdü. Ağ Ev sahibi deyirdi ki, Pekin onun seçilməməsi üçün əlindən gələni edəcək. Çin də təkzib etmişdi ki, heç bir marağı yoxdur. Bu, öz reytinqini qaldırmaq həmləsidir. İndi də kəşfiyyat idarəsi İrandan Trampa ziyan gətirən təxribatlara yol verildiyini bəyan edir. Mənə elə gəlir ki, bütün bunlar onun seçkidə qalib gəlmək şansını artırmağa hesablanıb. Bəzən antireklamın özü də bir reklama çevrilir”.
Ekspert hesab edir ki, amerikalı seçici ayıq-sayıqdır:
“Hansısa saxta ”email" məktubları ilə onlara təsir göstərmək inandırıcı görünmür. Əgər “Trampa səs verməsən, təqib olunacaqsan” üslubunda hədə dolu məktublar göndərilirsə, amerikalı seçicini avam yerinə qoymaqdır. Əvvəla, ABŞ-da demokratiya var və hansısa avtoritar rejim hökm sürmür ki, seçici qorxsun. İkincisi, bu saxta məlumatların İrandan gəldiyini sübut etmək lazımdır".
Oxşar Xəbərlər
ABŞ bu ölkələrə dərhal ağır sanksiyalar tətbiq edəcək:Tramp seçkiyə müdaxilə edənləri cəzalandırmağa dair fərman imzaladı
Türkiyədə rus turistlərə qarşı terakt hazırlanır
“ABŞ PREZİDENTİ HELSİNKİDƏ XƏYANƏTKARCASINA DAVRANDI” –Birləşmiş Ştatlar mediası Trampı "söymək"də davam edir
Rusiyalı əməliyyatçılar Floridanın seçki sisteminə giriblər –Ştatın senatorları kəşfiyyat qurumlarına çağırış edib
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…