“ABŞ PREZİDENTİ HELSİNKİDƏ XƏYANƏTKARCASINA DAVRANDI” –Birləşmiş Ştatlar mediası Trampı "söymək"də davam edir

“ABŞ PREZİDENTİ HELSİNKİDƏ XƏYANƏTKARCASINA DAVRANDI” –Birləşmiş Ştatlar mediası Trampı "söymək"də davam edir

 

Bred Rid

"Raw Story” (ABŞ)

 

Bazar ertəsi günü prezident Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putin birgə mətbuat konfransı təşkil edib və ikisi bir çox məsələlərlə bağlı mənasız şərhlər verib.

Tədbirdə Tramp və Putin dəfələrlə bir-birlərini tərifləyib, hər ikisi bir-birini Birləşmiş Ştatlardakı və NATO müttəfiqlərinin tənqidlərindən qoruyub.

Tramp-Putinin mətbuat konfransında prezidentin xəyanətkar davranşı ilə bərabər, hiddət doğuran 6 an:

1.Putin öz kəşfiyyat orqanlarının 2016-cı ilin prezident seçkilərinə müdaxiləsini "araşdırmağ”ı təklif edib və Tramp bu təklifə görə onu tərifləyib.

Rusiya prezidentinin rus rəsmilərinin özlərini araşdırma təklifi, ümumiyyətlə, ABŞ-la məzələnmək cəhdi kimi qəbul edilib, çünki heç kim QRU-nun (Baş Kəşfiyyat İdarəsi) öz fəaliyyətlərini kifayət qədər araşdıracağına inanmır.

Lakin Tramp bunu "inanılmaz təklif” adlandırıb.

2.Tramp, Putini "rəqib” adlandırdığı hesabatı təkzib edib və əslində, tərif yağdırdığına inandığını təkidlə təkrarlayıb. Bir rus jurnalisti niyə rusiyalı vəzifədaşını rəqib kimi səciyyələndirdiyini soruşduqda, Tramp geri çəkilib və bunu "kompliment” olduğunu deyib, çünki Putinlə rəqabəti çox yaxşı şey sayır.

3.Tramp öz kəşfiyyat orqanlarının 2016-cı il prezident seçkisinə Rusiyanın birbaşa müdaxilə etməsi iddiasına münasibət bildirməyib. O, Putinin "bugünkü inkarının güclü, çox güclü” olduğunu söyləyib. Sonra o, Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə "səbəb görmədiyini” açıqlayıb.

4.Tramp deyib ki, o, şəxsən bir neçə saat ərzində ABŞ-la Rusiyanın münasibətini bərpa edib. Prezident bir daha Rusiya ilə son zamanlardakı münasibətlərin "heç vaxt olmadığı qədər pis olması” iddiasını təkrarlasa da, deyib ki, "dörd saat əvvəl bu vəziyyət dəyişib, bu həqiqətə inanıram”.

5.Tramp deyib ki, Robert Möllerin 2016-cı il seçkilərində Rusiyanın müdaxiləsi ilə bağlı araşdırması ölkələr arasında sülh üçün ən böyük maneədir. O, Rusiyanı Amerika seçkilərinə müdaxilə etməsi və ya İngiltərədə sabiq casusların zəhərlənməsinə görə tənqid, yaxud Suriyanın dövlət başçısı Bəşər Əsədin vətəndaş qırğını törətməsində köməyinə görə məzəmmət etməyib. Əksinə, o, Amerika və Rusiya arasında mübahisələrin əsas amilinin Möllerin təhqiqatı olduğunu söyləyib.

6.Tramp 2016-cı ildə Rusiyanın müdaxiləsi mövzusunda Hillari Klintonın e-poçtları ilə əlaqədar sualdan xoşlanmayıb. Prezident rus casuslarının Hillari Klintonun elektron poçt serverinə və demokratların Milli Komitənin serverinə müdaxiləsini sui-qəsd nəzəriyyələrinə oxşadıb.

"Server nədir?” – deyən prezident, dolaşıq cavab verib: "Server nədir?”

 

Tərcümə: Strateq.az

 



Oxşar Xəbərlər

Xəbər lenti