Cavad Zərifin Mərkəzi Asiya həmləsi:İran itirdiyi strateji hədəfləri bərpa etməyə çalışır - TƏHLİL

Cavad Zərifin Mərkəzi Asiya həmləsi:İran itirdiyi strateji hədəfləri bərpa etməyə çalışır - TƏHLİL

 

Məhəmməd Rza Səttari

"Ebtekar”

 

Xarici işlər naziri Məhəmməd Cavad Zərif İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) XİN rəhbərlərinin 23-cü birgə iclasında iştirak etmək üçün Tacikistana yola düşüb. Bununla bağlı jurnalistlər qarşısına çıxan İran XİN-in sözçüsü Bəhram Qasimi səfərin ümumi məqsədləri barədə danışıb və səfər çərçivəsində niyyətin İƏT-ə üzv-dövlətlərlə yanaşı, Tacikistanla ikitərəfli münasibətlərin yaxşılaşdırılması olduğunu dilə gətirib.

Bu arada, Cavad Zərif artıq Tacikistan prezidenti İmoməli Rəhmanla görüşüb, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də daxil olmaqla, bir sıra regional və beynəlxalq məsələləri müzakirə edib.

 

Tehran-Düşənbə əlaqələri

 

Ortaq tarixi və mədəni kökə malik İran və Tacikistanın münasibətləri son illərdə bir sıra məqamlarda geriləyib. Tehran və Düşənbə arasında keşməkeşlər Babək Zəncani və Tacikistanda Dirçəliş Partiyasının qanundan kənar edilməsi ilə bağlı olub. Belə bir durumda Dirçəliş Partiyasının lideri Mühyiddin Kəbirinin İslam Vəhdəti Konfransında iştirak üçün Tehrana səfəri Tacikistan hökuməti üçün bir bəhanə olub və Tehranla özü arasında məsafə saxlayan rəsmi məqamlar ölkədəki bir çox mədəni və iqtisadi mərkəzləri qapadıblar.

Bunun ardınca Tehran-Düşənbə münasibətlərinin pisləşməsi ucbatından Məhəmməd Cavad Zərif Mərkəzi Asiyaya səfərini ləğv edib, Tacikistan nümayəndə heyəti isə Həsən Ruhaninin andiçmə mərasiminə qatılmaqdan vaz keçib. Habelə ötən ilin yayında Tacikistanın dövlət televiziyasında ölkənin bir çox tanınmış məmurları və ziyalılarının qətlində İranı ittiham edən sənədli film göstərilib. Daha sonra ölkənin bəzi bölgələrində, xüsusilə Xocənddə, İran mədəniyyət mərkəzlərinin qapılarına qıfıl vurulub.

Rəsmi Düşənbə Səudiyyə Ərəbistanı və Türkiyə ilə siyasi-iqtisadi əlaqələrini gücləndirib və  türk şirkətləri artıq Tacikistanda fəal iqtisadi-mədəni fəaliyyətə baş vurub.

Bu mənada İranın Özbəkistanla uğursuz münasibətlərinin xatırlanması da vacibdir, çünki ekspertlərin fikrincə, İranın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) daimi üzvlüyünə Tacikistan, xüsusilə Özbəkistan müxaliflik edir.

 

İƏT – böyük imkanlı qeyri-səmərəli qurum

 

İqtisadi Əməkdaşlıq Təşkilatından söz açarkən, qeyd edilməlidir ki, bu qurumun ibtidası ötən əsrin 60-cı illərinə gedib çıxır və onun ilk təşəbbüsçüləri İran, Pakistan və Türkiyə olub. Sovet İttifaqının dağılmasından sonra isə Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistan İƏT-ə üzv yazılıb.

400 milyon əhali və 8,5 milyon kvadrat kilometr ərazini əhatə edən həmin qurum davamlı iqtisadi inkişaf, bölgələrarası ticarət və nəqliyyat, rabitə infrastrukturunun inkişafı üçün münbit bir zəmindir. Lakin İƏT çərçivəsində iqtisadi tərəfdaşlıq, maraqlar münaqişəsi və siyasi müxtəliflikdən ideal şərtlərinə yetişə bilmir.

Cari məlumatlara əsasən, 2016-cı ildə üzv dövlətlərin ticarət dövriyyəsinin cəmi 8%-i İƏT çərçivəsində olub. Buna səbəb olan amillər qurumu qeyri-səmərəli edir.

 

Regional müqavilələrdə iştirak

 

Bu müşküllərə baxmayaraq, İƏT, tarixi-mədəni və dini mənsubiyyətə əsaslanaraq, daha geniş tərəfdaşlıq zəminində böyümə imkanına malikdir. Beynəlxalq vəziyyəti nəzərə aldıqda, bu, İran üçün çox vacibdir.

Ölkəmiz artıq effektiv regional orqan deyil, halbuki ətraf dövlətlərin bir çoxu Şanxay təşkilatı kimi, beynəlxalq qurumlarda iştirakçılıq sayəsində öz problemlərini qabardır, kollektiv sazişlər çərçivəsindəki strategiyaları ilə konsensus yaratmağa çalışırlar.

Bu baxımdan, İran qonşuları ilə ikitərəfli əlaqələri regional və çoxtərəfli münasibətlər müstəvisinə köçürməlidir. Bu, həmçinin İƏT də daxil olmaqla, bütün qurumlarda real imkanların möhkəmləndirilməsi üsuludur.

Həmin təşkilatlar hazırda Mərkəzi Asiyada çox fəaldır və sosial-iqtisadi, siyasi sahələrdə mühüm qərarlar qəbul edir. İran bu təşkilatlarda qərarların qəbulu və maraqların bölüşdürülməsində konsensusa gəlməlidir.

25 il ərzində İran Mərkəzi Asiya dövlətləri ilə səmərəli əlaqələrə malik olub, lakin onun bir çox strateji imkanları digər ölkələr, o cümlədən Türkiyə tərəfindən qapılıb.

İllər boyu Birləşmiş Ştatların yürütdüyü siyasət ucbatından bölgə böhranlarının həllində vasitəçilik roluna baxmayaraq, siyasi sədlər İranın Mərkəzi Asiyadakı mili maraqlara dayaqlanan strateji hədəfləri səmərəsiz diplomatiya ilə əldən çıxıb.

Buna görə də, İranın regional və beynəlxalq sazişlərdə iştirakı müsbət addım olacaq. O, ümumi və paralel maraqlara əsaslanan davamlı və şaxələndirilmiş xətti müəyyənləşdirəcək.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti