İSRAİLDƏN İRANA QARŞI ADDIM! - ABŞ, İngiltətə, Fransa və Rusiyanı da dəvət etdi

İSRAİLDƏN İRANA QARŞI ADDIM! - ABŞ, İngiltətə, Fransa və Rusiyanı da dəvət etdi

 İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın CNN kanalına açıqlamasında deyib: "İranın nüvə proqramı ilə bağlı sənədləri araşdırmaları üçün ABŞ, İngiltətə, Fransa və Rusiyanı da dəvət etdim”.

Xatırladaq ki, Netanyahu dünən keçirdiyi mətbuat konfransında bildirmişdi ki, İsrailin kəşfiyyat xidməti İranın nüvə proqramı ilə bağlı gizli arxivindəki 100 min sənədin fotonüsxələrini ələ keçirib.

İran isə bu ittihamları rədd edir. İranın xarici işlər naziri Cavad Zərif "İranın nüvə silahı istehsal eləmək üçün gizli bir proqram üzərində çalışdığını” iddia edən İsrailin baş naziri Binyamin Netanyahunun çıxışı ilə bağlı rəsmi "Tvitter” hesabında verdiyi açıqlamada deyib: "Yalançı çoban” (Netanyahu), iddialarını 12 may tarixindən bir neçə gün əvvəl ortaya atdı”.

Mayın 12-də ABŞ prezidenti Donald Trampın İranla bağlanmış nüvə müqaviləsi barəsindəki qərarını açıqlayacağı gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti