8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
regnum.ru, 23.09.2018
İranın cənubundakı Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad vaxtı (Belə paradlar İranın çox şəhərlərində keçirilir və Müqəddəs müdafiə həftəsinə – 1980-1988-ci illər İran-İraq müharibəsinə həsr edilən xatirə tədbirlərinə aid olunur) terakt baş verib.
Milli hərbi libas geyinmiş bir qrup yaraqlı atış təşkil edib. İlkin məlumatlara görə, öldürülənlərin sayı 50-i keçir, onların içində qadın və uşaqlar var. Daha onlarla adama yaralanıb. İranın IRNA informasiya agentliyinin xəbər verdiyi kimi, Səudiyyə Ərəbistanıyla əlaqələri olan "Əhvaz vətənsevər ərəb demokratik hərəkatı” sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürüb. Bununla yanaşı İran XİN başçısı Məhəmməd Cavad Zərif terakta görə məsuliyyəti "terrorizmin bölgə sponsorları və onların amerikalı təlimatçıları”nın üzərinə qoyub. Biz isə hadisələri bununla bağlı meydana çıxan sualları cavablandırmağa imkan verməsə də, heç olmasa, hadisələrin panoramasını genişləndirən müəyyən məntiqi sıraya düzməyə cəhd edəcəyik.
Birincisi. Şübhəsiz, Əhvazdakı terakt İranda vəziyyətin qarışdırılmasına yönəlib. O, Suriyada Rusiyanın İl-20 təyyarəsinin fəlakətinin ardınca baş verib. Bu iki faciəli hadisə arasında bağlılığın olub-olmadığını aydınlaşdırmaq hələ qarşıdadır. 2005-ci ildən başlayaraq İrandakı teraktların dosyesiylə tanış olsaq, bunların qüvvə toplayan etnik və coğrafi bağları gözə dəyir. Yada salaq ki, 2005-ci il iyunun 12-də prezident seçkilərinə iki gün qalmış Əhvazda general-qubernatorun sarayı qarşısında partladıcı qurğu işə salınıb. 11 adam həlak olub, 87-i yaralanıb. Şəhərdə növbəti 10 ay ərzində daha dörd terakt baş verib, qurbanların ümumi sayı 28 nəfər olub.
İranda partlayışın təşkilində ölkənin ərəb əhalisinin əsas bölümünün yaşadığı Xuzistanın müstəqilliyini tələb edən İran ərəbləri qruplaşmasını ittiham ediblər. Partlayışlar həbs və terakt təşkilatçılarının edamından sonra kəsilib. Hücumlar minalanmış avtomobilin partlamasından İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) 11 hərbçisinin həlak olduğu, daha 31-inin yaralandığı Bəlucistanda da baş verib. "Cundalla” qruplaşması terakta görə məsuliyyəti öz üzərinə götürüb. Altı nəfər terakt hazırlamaq ittihamı üzrə mühakimə və edam olunub.
Müxtəlif sünni qruplaşmalarının da silahlı çıxış etdiyi məqamlar olub. Buradan əsas nəticə çıxır: İranda müxtəlif məqsədlərlə rejimlə çarpışan gizli iş fəaliyyət göstərir. İkincisi. Əvhazda terakt İran prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasının sessiyasının işində iştirak üçün Nyu-Yorka uçuşu ərəfəsində baş verib. Bu arada Ruhaninin Vaşinqtonda ABŞ prezidenti Donald Trampla mümkün görüşü haqda məlumat gəlməyə başlamışdı. Faktlar yığını bu mülahizələrə itələyir ki, Tehran bu ssenarini rəsmən hər cür inkar etsə də, bölgədə müəyyən qüvvələr hadisələrin bu cür gedişatında maraqlı deyil. Əhvaz teraktından sonra siyasi və əxlaqi səbəblər üzündən Ruhani-Tramp danışıqları mümkün deyil.
Üçüncüsü. İran və Səudiyyə Ərəbistanı arasında qəlizləşmənin növbəti buğumu başlaya bilər ki, bu da Yaxın Şərqdəki durumu daha çox ağırlaşdırar.
Dördüncüsü. Ümumi qənaət: hibrid müharibənin texnologiyalarına yaxşı yiyələnmiş İsrail və ABŞ xüsusi xidmətlərinin fəaliyyətini ehtimal etmək olar ki, bu da vəkalətli müxtəlif terrorçu qruplaşmaların yaradılmasını nəzərdə tutur. Bununla yanaşı, ilk baxışdan nə qədər məntiqli görünsə də, nəticə çıxarmağa tələsməyinə dəyməz. Tehrandakı teraktlar başqa, son dərəcə daxili səbəblərlə də şərtlənə bilər.
Tərcümə Strateq.az-ındır.