8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Newsweek”
Prezident Donald Tramp məşhur "Games of Thrones” ("Taxt oyunları”) serialının plakatı ilə administrasiyasının İrana tətbiq olunacaq sanksiyaları haqqında xəbərdarlıq edib. Sonuncu tvitində Tramp "Sanksiyalar gəlir” başlığını və 5 noyabr tarixini yazıçı Corc Martinin fentezi janrındakı kitabı olan "Ice and Fire Song of A Song”-un ("Buz və odun nəğməsi”) üzqabığına oxşadıb.
"Sanksiyalar gəlir” yazısı kitabda xatırlanan sona çatmayan uzun və çətin qış mövsümünə – Tramp administrasiyasının İrana qarşı sanksiyalarının növbəti və ən sərt turunun qüvvəyə minəcəyinə eyhamdır.
May ayında Tramp sələfi, prezident Barak Obama dövründə imzalanan 2015-ci ilin nüvə razılaşmasından çıxıb. O, Tehranı terror qruplarını maliyyələşdirmək və bölgəni ballistik raket texnologiyası ilə qeyri-sabitləşdirməkdə ittihamlayıb.
Əvvəlki sanksiyalar İranın əsas sənaye sahələrinə təsir edib, lakin növbəti quraşdırma neft və qaz ixracı ilə əlaqədar sərt məhdudiyyətləri nəzərdə tutmaqla, enerji sektoruna zərbə vuracaq.
Lakin Trampın Bazar ertəsi günü qüvvəyə minən sanksiyaları yeni pop mədəniyyət üslubunda təqdim etmə cəhdləri qarışıq rəylər doğurub. Hətta serialın yaradıcıları tvitlə etiraz bildiriblər: "Ticarət nişanını necə istifadə edirsiniz?” "Taxt oyunları”ndakı simvolların istifadəsinə, "Sanksiyalar gəlir”ə televiziya serialında çəkilmiş aktrisa Meyzi Uilyams belə cavab verib: "Bu gün yox”.
Vaşinqtonda yerləşən İran-Amerika Milli Şurası Trampın siyasi mənfəət üçün hər fürsətdə (humanoid, zombi kimi canlılar da daxil olmaqla) məşhur simvollardan istifadəsini qınayıb. Şura hətta uydurma canlıların belə sərt qış şəraitində yaşaya biləcəyini vurğulayıb.
Trampın nüvə sazişindən imtina qərarı İranın razılaşma şərtlərinə əməl etməsinə dair Beynəlxalq Atom Enerjisi Agentliyinin təkrarlanan bəyanatlarına baxmayaraq, qəbul edilib. MAGATE Tehranın sanksiyalardan azad olma müqabilində nüvə texnologiyasından çəkindiyini təsdiqləyib.
Sazişdən çıxmaya Avropa İttifaqı üzvləri, o cümlədən Fransa, Almaniya və Böyük Britaniyadan, habelə Çin və Rusiyadan etiraz gəlib; sazişi bu ölkələr 2015-ci ildə müqaviləni imzalayıb və ona sadiq qalıb.
Beş ölkə ABŞ-ın sanksiyalarından yayınmaq üçün, ABŞ dolları və maliyyə qurumlarını istisna edən alternativ ödəşmə sistemindən istifadə edərək potensial olaraq İranla işləməyə razılaşıb.
Sentyabr ayında milli təhlükəsizlik müşaviri Con Boltondan gələn ciddi xəbərdarlıqlara baxmayaraq, dövlət katibi Mayk Pompeo səkkiz ölkəyə İran əleyhinə sanksiyalardan istisna veriləcəyini bildirib.
"Associated Press” xəbər verib ki, bu ölkələr İtaliya, Hindistan, Yaponiya və Cənubi Koreyanı əhatə edir. "Reuters” Türkiyənin də bu qrupda iştirak etdiyini açıqlayıb.
İran, öz növbəsində, sanksiyaların yatadığı iqtisadi çətinliklərə baxmayaraq, Tehran hökumətini iqtidardan düşürmək üçün ABŞ-ın səylərinə müqavimət göstərməkdə qətiyyətli qalır. İranın Mübariz Ruhanilər Cəmiyyətinin baş katibi, Tehrandakı Cümə namazının müvəqqəti imamı Əli Müvəhhidi-Kirmani iddia edib ki, Ağ Ev sanksiyalarla bağlı beynəlxalq dəstək qazana bilmədiyindən bu təşəbbüs uğursuzluğa düçar olacaq.
"ABŞ-ın iqtisadi məqsədlərinə nail ola biləcəyi ehtimalı çox zəifdir, onun sanksiyalar vasitəsilə siyasi hədəflərə çatmayacağı şəksizdir”, – deyə yarırəsmi "Təsnim” İnformasiya Agentliyi xəbər verib. "Avropalılar ilk dəfə ABŞ-ın siyasətinə qarşı açıqlama verməklə yanaşı, qadağaların qarşısını almaq və onların nəticələrini kompensasiya etmək üçün alternativ mexanizm yaratmağa meyillidir”.
Tərcümə: Strateq.az