8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Həmsöhbətimiz Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevdir:
-Söhbətə başlamamışdan öncə, sizə demək istəyirəm ki, müvafiq strukturlara ləyaqətimə və şəxsiyyətimə toxunulduğuna görə şikayət edirəm.
Biz ta qədimdən Gürçüstanda məskunlaşmışıq. Biz burada abrogen xalqıq, zəhmətlə yaşayırıq. Gürcüstanı sevirik və dövlətçiliyin formalaşmasında bizimdə öz xidmətlərimiz vardır. İndi nədənsə bəziləri düşmənçilik toxumları səpməyə,Gürcüstan azərbaycanlılarını düşmən və xəyanətkar kimi qələmə verməyə cəhd göstərirlər. Əgər belə hal varsa kimsə azərbaycanlının separatçı sıçrayışlarını, düşmənçilik və xəyanətkarlığını mənə göstərsin.
Bizim yürütdüymüz siyasətin əleyhinə gedən, fikrimcə üçüncü düşmənçiliyi olan ölkə tərəfindən yönəldilən qüvvədir ki, onun da məqsədi gürcülər ilə azərbaycanlılar arasında ədavətin və qarşıdurmanın baş qaldırmasıdır.
Əli müəllim, David Qareci ilə əlaqədar son dövrdəki olaylar hər bir gürcü üçün ağrılıdır və bu da təəccüblü deyildir.
- Bu yöndə bütün kampaniyanı “Vətənpərvərlər alyansı” yaratdı ki, ona da başqa quruplar qoşuldu. Onlar təkcə Tbilisidə deyil, eləcə də David Qarecinin özündə də təxribat təşkil edirlər ki, bu da işdən halı olmayanlar arasında mənfi təsirini göstərir. Azərbaycanlı millətindən olan vətəndaşları sıxışdırırlar, mağazaya daxil olanda belə töhmətləndirirlər: "Aha, David Qarecinimi istəyirsiniz?-verə bilmərik! Həqiqətdə isə sadə azərbaycanlı vətəndaşının David Qareciyə heç bir iddiası yoxdur. Kim gürcü dilini bilir, bu yaxşı. Kim də ki, bilmir, gürcülərin söydüyünü düşünür...
Dil məsələsi də problemdir və mən dəfələrlə yazmışam və demişəm ki, daha çox təbliğat lazımdır, Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı ərazilərdə gürcü dilini öyrədən qrupların açılması lazımdır. Onların inteqrasiyası üçün, gürcü dövlətçiliyində daha çox ev sahibliyinin olması üçün. Lakin buna heç kim məhəl qoymur...
Bir sözlə, müvafiq orqanlara müraciət etmək istəyirəm ki, bir il ərzində azərbaycan dilli əhaliyə kütləvi və permanet şəkildə diskriminasiya aparılır və məni, Əli Babayevi gürcüstanın düşməni adlandırırlar?!
Azərbaycan və Gürcüstan arasında diplomatik və dostluq-partnyorluq razılaşmaları və əlaqə mövcuddur. Bu xalqa nə lazımdır, anlaya bilmirəm.
Dövlətlərarası əlaqə başqa spektrdə inkişaf edir. Konkret olaraq David Qareci ilə əlaqədar komissiya yaradılmışdır ki, bu da qərarı özü qəbul edəcək. Qareciyə görə bütün azərbaycanlı əhalini söyüb-təhqir edənlər iki dövlət arasında əlaqələrə kobud şəkildə pozurlar.
-Lakin söyləyirsiniz ki, sizi şəxsən xəyanətkar adlandırırlar.
-Belə hesab edənlər kökündən yanılırlar, onların içində mənə qarşı kinləri var və ona görə çamur atırlar.Əgər əllərində fakt , sübut varsa ortaya qoysunlar mənim xəyanətkar olduğumu təsdiq etsinlər.
Müəyyən vaxt bundan əvvəl Eliso Kiladze saxta məlumat ortaya çıxartdı ki, guya mən hansısa strukturun agenti idim, lakin məhkəmə təsdiq etdi ki, bu, Kiladze tərəfindən böhtan idi və mənim dörd müsahibəmi də növbəti “Xronika+” –da dərc etdirdi.
İndi yeni təxribatlara başlayıblar- Marneulili azərbaycanlılar Gürcüstanda çox yaxşı yaşayırlar. Azərbaycanlılar Gürcüstandan nə tələb ediblər- Burda onların əcdadları yaşayıb. İndi bu xalq harasa başqa yerəmi köçsün, yoxsa nə etsin? Zəhmətlə məşğuldurlar, öz alın tərləri ilə ailəsini saxlayırlar və Gürcüstanın kənd təsərrüfatına xidmətlərini daxil edirlər. Artıq nə etsinlər?!
Qurban bayramını bu il nə prezident təbrik etdi, nə də başqa dövlət adamları, lakin şeyx mənə dedi ki, Giorgi Qaxariya bizi yanına dəvət etdi və özü Gürcüstan müsəlmanlarının bayramını təbrik etdi.Pandemiya ilə əlaqədar böyük toplantı olmadı və yaxud dövlət siyasəti dincdir, bəziləri isə bu dincliyi müharibə elan etməyə cəhd göstərir.
-Əli müəllim, David Qareci barəsində soruşduq və daha da konkretləşdirirəm: David Qareci bütün gürcülər üçün ibadət yeridir, arzu etdiyi yerdir və bizim ərazidir.
-Mən dəfələrlə demişəm və yenə təkrar edirəm: David Qareci abidəsi mübahisəlidir, lakin hal-hazırda Gürcüstanın mülkündədir və tarixi əhəmiyyətə malik abidədir. Bertubani, Çiçxituri və sair bunlar mübahisəli ərazilərdir. Saakaşvilinin dövründə David Qarecini alban mədəni abidə kimi qəbul etdilər və heç kim səsini çıxartmadı. Onda bu dövlətlərarası razılaşma idi. İndi komissiya hər şeyi öyrənir və nə nəticələr də çıxarılacaq, sonra bütün vətəndaşlar bu yekun nəticə barədə fikrini ifadə edə bilər. Şəxsən mən David Qarecinin nə Gürcüstanın nə də ki, Azərbaycana ərazisiniə aid olduğunu təsdiq edə bilmərəm.
-Əli müəllim, Marneulidə Nəriman Nərimanovun abidəsi ilə əlaqədar böyük etirazlar coşqusu qaldırıblar. Həqiqətdə nə baş verir?
Heç bir zaman iddialarımız olmayıb bizim, məsələn Leselidze küçəsində, şəhərin mərkəzində abidəsinin olduğu Mirzə Fətəli Axundovun yaratdığı tariximiz vardır. Ötən əsrin 90-cı illərində bu abidəni götürdülər, Bir yox ki, biz sevinə idik, bizim həmqardaşımızın Gürcüstan tarixində elə bir xidməti olmuşdu ki, abidəsinin də qoyulmasına layiq görüldü. Tbilisidə 1600-cı ildə inşa olunan məscid var idi. Onu da vəhşicəsinə dağıtdılar.
Nərimanovun abidəsinə gəldikdə...
Nəriman Nərimanov Tbilisidə anadan olub, Qori seminariyasını bitirib, pedaqoq, ictimai xadim, Zaqafqaziyada tanınmış adam idi ki, onu da ötən əsrin 20-ci illərində kommunistlər zəhərlədilər. Bu insanın bu il 150 ili tamam oldu, lakin Gürcüstanda Şaumayan qəsəbəsi ki, var, abidəsi də durur, Kirovka da mövcuddur. Erməni teatrını bizim hakimiyyət inşa edir, buna qarşı niyə iddialar yoxdur.
Gürcüstanda yaşayan 350 000 nəfər vətəndaş üçün Nəriman Nərimanov ictimai xadimdir. Biz belə hesab edirik və qürur duyuruq və onun təhqir edilməsi Gürcüstan azərbaycanlılarının təhqir olunmasıdır.
Mənə nə aiddirsə, əl-qolumu atmağa başlamayacağam, şikayət daxil edəcəyəm və təsdiq etsinlər ki, Gürcüstana qarşı günah etdim və niyə bu ölkənin satqınıyam. Arqument olaraq gətirirlər ki, Əli Babayev şübhəli növ konfranslar keçirir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin nümayəndəsi olaraq, Bakıya konfransa dəvət etdilər, dezinformatorlar isə söyləyirlər ki, mən konfransı Tbilisidə keçirdim. Halbuki, burda keçirsə idim, bunda nə cinayət var, gerçəyi odur ki, mən Bakıda konfransda iştirak etdim.
Məni təəccübləndirir ki, təxribartçılar Didqori günündə ermənilərin Didqori ərazisində Şuşanın alınması gününün bayram edilməsinə niyə etiraz etmirlər.
Fevralın 26 Xocalı soyqırımıdır. Həmin gün Xocalıda ermənilər qadınları, uşaqları və qocaları qətlə yetirdilər. Bu günü heç kim xatırlamır, lakin bəziləri Ermənistanın soyqırımının tanınmasından ötrü özlərini öldürürlər və soyqırımı günü kimi adlanan aprelin 24-də aksiyalar keçirirlər, gürcülər bunu dəstəkləyirlər Azərbaycanın səfirliyi önündə aksiyalar keçirirlər: Azərbaycan işğalçıldır. Məntiq hardadır, mən anlamıram.
Heç kimin dəyirmanında dayanmıram. Mən mənzərəni çəkirəm və əgər bir kimsəni maraqlandırırsa, mənzərə belədir.
Sizə demək istəyirəm ki, bizim həyat və mədəniyyətimiz ayrılmazdır, halbuki, eyniyyət, aydındır ki, mövcuddur. Yaxşı yadımdadır, Ksani qalası yaxınlığında müqəddəs Georgi adına kilsəyə Giorqoba günündə mən də gedirdim və indi də gedirəm. Mənim xəstəliyim dövründə anam dua etməyə gedirdi və dizi üstə çökərək müqəddəs Georgidən mənim xilas olunmağım üçün yalvarırdı.
-Əli müəllim, belə bir informasiya yayıldı ki, bizim hakimiyyət yalan məlumatı qəbul etdi ki, guya Ermənistan-Azərbaycan arasında son vaxtlar baş verən münaqişə ilə əlaqədar Gürcüstan bizim üçün naməlum tərkib yüklərini Ermənistanın xeyrinə keçirmişdir. Elə götürək, informasiyanın yalan yayılmasını ölkənin iş düşmənləri təşkil etmirdilər ki?
-Sizə açıq deyirəm, Bu gün Gürcüstanda qüvvələr vardır ki, diversiyalar ilə, hər cür kəlləmayallaqla ölkədə qarmaqarışıqlıqları yaratmaq istəyirlər, vəziyyəti gərginləşdirməyə cəhd göstərirlər. Yüklərə gəldikdə, o tranzitdə silahın, istərsə də başqa təyinatlı malın olmasını heç kim təsdiq edə bilməz.
Seçkilər gəlir, epidemiyanın yeni dalğasını gözləyirlər və müxalifətin təklif etdiyi bir ciddi planı və ya layihəni mənə söyləyin.
Dezinformasiyalı, qurulan televiziyalar ilə qarmaqarışıqlıqları yaratmağa cəhd edirlər-Milli ədavət, sabitaj onların uydurmasıdır.
Elə götürək gənc oğlanın-Giorgi Şakaraşvilinin və ya da Tamar Baçaliaşvilinin işlərini. Hər şeydən siyasət üçün istifadə edirlər-Müstəqil jurnalsit təhqiqatı və sair. Bu, ölkənin inkişafına əngəl törətməkdir.
-Siz düşünürsünüz ki, ölkə bu gün xalqın xeyrinə inkişaf edir?
-Bu gün Gürcüstan stabil ölkə oldu və əmin-amanlığa yönəldilib. Epidemiyanı Gürcüstan şərəflə dəf etdi.
Bizim baş nazirin rəhbərliyi ilə balanslaşdırılmış idarəetmə və qəhrəman həkimlərimiz var.
Gürcüstan azərbaycanlıları gürcülərdən sonra miqdar olaraq Gürcüstanda ən çoxsaylıyıq. Bu istiqamətdə alverin başlamasını, azərbaycan əhalisinə düzgün istiqamət götürməkdə maneçilik törədilməsini istisna etmirəm.
Mən bir sosioloq və politoloq olaraq Şevardnadze zamanı, Saakaşvilinin dövründə və indi namizədləri necə seçdiklərini xatırlayıram.
Saakaşvilinin zamanında azərbaycan əhalisi arasında xüsusi qrupları var idi. Şərəf və Vaxtanq Qorqasali ordenlərini verirdilər müharibədə olmayan camaata, hakimiyyətin xeyrinə işləyə idilər. Onlarla razılaşmayan oralı olanları döyürdülər, tuturdular. Xalq qorxu altında idi. Saxtalaşdırmalar baş verirdi. Müxalif partiyalar bölgəyə gedə bilmirdilər. 2012-ci ildən sonra vəziyyət dəyişdi. Bütün partiyalar sərbəst şəkildə gəzir, camaata vəd edir ki, hakimiyyətə gələcəklər və hər şeyi edəcəklər. Lakin hamımız bilirik ki, 2012-ci ildən sonra Gürcüstanda nə qədər yaxşı şeylər edildi.
Camaata elə azadlıq verildi ki, pandemiya zamanı Marneulidə aksiyalar da keçirildi və “Mişa-mişa” deyə çağırtdırırdılar insanlara. Belə ki, Saakaşvili dövründə onları birbaşa güllələyərdilər.
Mən bilirəm ki, 2012-ci ilədək azərbaycandilli ərazilərdə nə durum var idi. İçməli su problemi həll edilməmişdi, yollar, qaz yox idi.
“Gürcü arzusu”nun dövründə bu istiqamətdə ciddi iş başladı. Kənd təsərrüfatı proqramları işə düşməyə başladı, səhiyyə proqramlarının, biznesin inkişaf istiqamətində və sair. Lakin “Gürcü arzusu”nun piyarda ciddi problemi vardır.
Saakaşvili bir xəstəxananı beş dəfə açdı, bir kiçik müəssisəni dörd dəfə, Gürcüstanda, eləcə də xaricdə.
Bu gün “Gürcü arzusu”nun əhaliyə yaxınlaşmağa üzü vardır, lakin gedəni yox. Gürcü arzusunda çoxlu lövbər salan var və ürəkdə millilərin tərəfkeşidir, onlar hansı xeyirxah işlər görəcəklər?
Götürək Kaxa Okriaşvilini- Dmanisi deputatını.
Bu insan bütün həyatı boyu majoritar olmaq istəyir. Çünki Dmanisidə marağı vardır. Monopolistdir. Əgər bir vətənpərvər üzə çıxarsa, mütləq onun fəaliyyəti ilə maraqlanacaq. Ona görə ölənə kimi majoritar olmaq istəyir.
Dmanisi meri onun yaxını idi, sakrebulonun sədri-Bidzaşvili vaxtilə “Gürcü arzusu”nun əleyhinə mübarizə aparırdı. Onlar bu gün Dmanisidə torpaqlar sahibidirlər.
-Levan Mamaladzenin qubernatorluğu əgər yadınızdadırsa, Əli müəllim?
-Levan Mamaladzenin tənqid olunası nəyi vardısa tənqid edirdim, halbuki, o yaxşı menecer idi və işini bilən adam idi. Camaatla da yaxşı əlaqəsi var idi.
Xalq ilə əlaqə yarada bilənlərə böyük hörmət edirəm.
Levan Mamaladze Saakaşvilinin rejiminə qarşı mübarizə aparırdı və təəssüflər olsun ki, mənim dəstəklədiyim mənim prezidentim Uqulavanı və cəllad Okruaşvilini əvf etdi və Levan Mamaladzenin əvfində indiyədək tərəddüf edir.
Sakaaşvilinin rejimindən qaçanları qaytarmalıyıq. Onların işləri təhqiq olunmalıdır. Bu camaatı qaytaraq. Onlar bizim ölkəyə çoxlu xeyirxahlıqlar gətirərlər.
- Əli müəllim, “Gürcü arzusu”nun formalaşdığı günlərindən onların yanında dayandınız. Siyasi şuranın üzvü də oldunuz. Səsə qoyulmaq niyyətində deyilmisiniz? Təklif də olmayıb?
-Bu suala görə çox sağ olun.
Mənim ürəyim ağrıyır, ona görə yox ki, deputat deyiləm və ya hansısa nazirin müavini və yaxud da başqa nəsə. Vaxtilə mənə vəzifələr təklif etdilər, lakin bu, mənim üçün əhəmiyyətli deyildir. Çoxu fikirləşirdi ki, parlament seçkilərində “Gürcü arzusu”nun siyahısında olacağam.
Təəssüf ki, “Gürcü arzusu”nun həqiqi azarkeşləri və mübariz camaatı atıldı və partiyaya ona qarşı mübarizə aparanlar gəldilər. Bu da partiyanın içində parçalanmanın baş verməsini sərtləndirdi.
Mən bu gün “Gürcü arzusu”nun majoritarlığa namizədlərinin 90 faizini dəstəkləyirəm. Halbuki, proporsional siyahılarda ciddi işlər keçiriləsidir.
Gürcüstanda yaşayan gürcü dilini bilməyən qeyri-gürcü millətindən olan insanlar bu ölkəni sevmir.
Əgər insan gürcü ictimaiyyətində, elə götürək, etnosda tanınmırsa, əgər siyasi prinsipləri yoxdursa və parlamentə getdiyini bilmirsə, kritik və ya təntənəli məqamda öz seçicilərinin yanına getməyə və onlarla danışmağa haqqı yoxdur, onlara dəyər veriləsi deyildir, söz deyə bilməyəcəksə, halbuki, beş-altı aktiv zəmanət və ya təklif irəli sürməyəcək parlamentə, parlament komitələri ilə əməkdaşlıq etməyəcəksə, belə deputatlar nəyə lazımdır.
Bü gün elə vaxtdır ki, parlamentdə oturub telefonla oynamaq dövrü deyil. Parlamentə aktiv və iş görənlər gəlməlidir.
Bildiyiniz kimi, Mən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədriyəm. Bizim təşkilat Gürcüstanda azərbaycanlıların inteqrasiyasına, bölgənin ölkələri ilə mehriban qonşuluğa, əmin-amanlığa və dostluğa imkan yaratmağa çalışır.
30 ildir ki, Gürcüstan azrəbaycanlılarının hüquqlarını qoruyuram. Mənim prinsiplərimi hamı bilir. Mən Gürcüstan azərbaycanlılarına və Gürcüstana lazım olan yerdəyəm.Əgər şans verilərsə, düşünürəm ki, layiqli namizəd olacağam, yoxsa mən, yənə də Gürcüstanın, “Gürcü arzusu”nun, Bidzina İvanişvilinin tərəfkeşi, sədaqətli əsgəri olaraq qalıram və yalnız özlərinin ciblərini doldurmaq üçün zəli lövbər salanlara qarşı mübarizə aparacağam.
Əminəm ki, “Gürcü arzusu” bu seçkilərdə də qalib çıxacaq, çünki gürcü ictimaiyyəti müdrikdir. O pis və yaxşını seçə bilir.
Gəlin hər bir şeyə gedən müxalif qüvvələrin keçmişini xatırlayaq. Xazaradze, Natelaşvili, Bokeriya, Burcanadze kim olublar və kimdirlər.
26 may və 7 noyabrın iştirakçısıyam və Burcanadzeni Bokeriyanın və Uquqlavanın yanında idim. Orada çox şeyi gördüm və çox şeyi deyə bilərəm. Lakin məətəl qalmışam. Giorgi Vaşadze nə üzlə xalqın üzünə?
Bu camaat ölkəni uçuruma sarı itələyir.
Ümidvaram ki, bizim əhali bu dəfə də düzgün seçim edəcək və “Gürcü arzusu”nun hay-küyü olmadan, 2012-ci ildən bu günə qədər iş görməyə, ölkəni qurmağa yenə də imkan verəcək.
İranda Kalandadze
“Sakartvelos qazeti”