Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Soğanla bağlı məsələ hər il bu vaxt, Novruz bayramı başa çatandan sonra problem olaraq qarşıya çıxır. Ənənəvi problemdir. Son günlər apardığım müşahidələr deməyə əsas verir ki, bir çox bazarlarda yerindən asılı olaraq soğan 1-1.50 manat və hətta 1.70 - 2 manat həddinə qədər qiyməti qalxa-qalxa gedir”.
Sozcu.info xəbər verir ki, bu sözləri kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli "Yeni Sabah”a soğanın qiymət artımı ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, qiymət artımının müxtəlif səbəbləri var:
"Səbəblərin arxa planına baxmaq lazımdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, hər il ölkədə 200 min tondan artıq soğan istehsal olunur. Bu həcm ölkə tələbatını tam təmin etməyə imkan verir. Lakin bəzi problemlər soğanda ciddi itkilərə gətirib çıxardır. Biz bu qədər həcmi düzgün idarə edə bilmirik. Birinci növbədə həcmin böyük hissəsi yazlıq sortlardır. Əgər böyük hissə payızlıq sortlar olsaydı təbii ki, onlar uzunmüddətli, davamlı olardı. İlin sonuna qədər saxlana bilərdi və nəticədə tələbat təmin oluna bilərdi. Məsələnin ikinci tərəfi odur ki, payızlıq sortlar az əkilir və bu sortlar saxlanmaya davamlıdır. Lakin ən ciddi problem odur ki, Azərbaycanda ixtisaslaşmış soğan saxlanc yerləri, xüsusiləşmiş anbarlarımız azdır. Məhsulu həmin anbarlara yığıb düzgün idarə edə bilmirik. Satış yerlərində də soğanı hər gün seçirlər. İtki normaları deyilən anlayış var. Soğan yeganə tərəvəz məhsullarından biridir ki, o hər gün çəki itirir. Burada iqlim amili, insanın təsirləri var”.
Ekspert bildirib ki, soğanın qiymətinə təsir edən ən ciddi faktor bitki mühafizə tədbirləri ilə bağlıdır:
"Soğanın qiymətinə təsir edən ən ciddi faktorlardan biri də ənənəvi soğan əkilən rayonlarımızda bitki mühafizə tədbirlərinin kifayət qədər vaxtında uğurlu həyata keçirilməməsidir. Biz görürük ki, soğan sahələrində məhsul yığılır günlərlə, hətta aylarla piramida kimi sahəyə yığırlar, müxtəlif ot, ələflə onu ötürlər. Bu zaman müxtəlif zərərvericilər formalaşır, torpaqda bakterial xəstəliklər var. O məhsula keçir, sonra soğanın qabığının arxasında formalaşır və məhsulun böyük hissəsi sahədə satılmamış əldən gedir. Bütün bu faktorlar həm əkin strukturunun düzgün qurulmaması, eyni zamanda yüksək texnologiya ilə təmin olunmuş saxlanc yerlərinin olmaması ilə bağlıdır.
N.Səfərli qeyd edib ki, soğanın Türkiyəyə ixracı cüzi olub və bunun qiymət artımına böyük təsiri yoxdur.
"Aprelin sonunda yazlıq soğan çıxacaq və bununla da qiymətlər xeyli sabitləşəcək” - deyə, ekspert əlavə edib.