8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə (Birlik) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.
Sozcu.info Palatanın saytına istinadən məlumat verir ki, ilk olaraq şöbə müdiri A.Abasovun nəzarət tədbirində tətbiq edilmiş metodlar, həmçinin əldə edilmiş audit sübutları ilə bağlı məlumatı dinlənilib, daha sonra fəaliyyət istiqaməti üzrə məsul auditor N.Həsənov müəyyən edilmiş nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr barədə məruzə edib.
Auditor bildirib ki, Nizamnamə tələblərinə riayət edilməyərək nəzarət subyektinin strukturu Bakı şəhəri İcra Hakimiyyətinin rəhbəri tərəfindən deyil, Birliyin rəhbərliyi tərəfindən təsdiq edilib, büdcə proqnozları tərtib edilərkən hesablamalar faktiki mövcud olan yaşıllıq ərazilərinə görə deyil, 1976-cı ildə aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş ərazilərə uyğun həyata keçirilib, qüvvədə olan normalara əməl olunmayaraq yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid xərclər büdcə vəsaiti hesabına proqnozlaşdırılıb.
Qeyd edilib ki, 1 hektar yaşıllıq sahəsinə qulluq üzrə düşən faktiki xərclər qüvvədə olan normalarla müqayisədə yüksək olub, balansda olan faktiki yaşıllıq sahəsinin ərazisi dəqiqləşdirilməyib, fiziki və hüquqi şəxslərin istifadəsində qalan sahələr balansdan azaldılmayıb, habelə həmin sahədə çoxillik əkmələrin, ərazilərin inventarizasiyanın aparılmaması səbəbindən Birliyin balansında olan yaşıllıq sahələri ilə faktiki yaşıllıq sahələri arasında uyğunsuzluq mövcud olub. Birliyin işçilərinin əməkhaqlarının mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi, işçilərin ixtisas dərəcələrinin düzgün təyin edilməməsi hallarına yol verildiyi də bildirilib.
Auditor yaşıllıq xərclərinin maliyyələşdirilməsi zamanı smeta xərclərinin həddinə riayət olunmadığını, bəzi xərclər üzrə yaranmış qənaətin faktiki tələbat dəqiqləşdirilmədən təyinatının dəyişdirilərək digər xərclərə yönəldildiyini diqqətə çatdırıb.