8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Növbədənkənar parlament seçkilərində 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Raqif Muradov təbliğat-təşviqat görüşlərini davam etdirir.
Bu barədə "AzPolitika.info"ya Raqif Muradovun Seçki qərargahından məlumat verilib. Məlumatda bildirilir ki, dünən və bu gün Raqif Muradov İmişli və Beyləqan rayonunun bir sıra kəndlərində seçilərlə görüşlər keçirib.
Belə ki, dünən Beyləqan rayonunda Ahıska türklərinin yaşadığı Türklər kəndində olan Raqif Muradovu geniş seçici kütləsi qarşlayıb.
Kənd ağsaqqallarının da qatıldığı görüşdə Raqif Muradov öz seçki platformasını açıqlayıb, depuata seçiləcəyi halda görəcəyi işlər barədə məlumat verib. Səmimi şəraitdə keçən görüşdə Raqif Muradov kənd sakinlərinin suallarını da cavablandırıb.
Görüşdə iştirak edən ağsaqqallar kənd camaatının rəyini ifadə edərək, 9 fevralda yekdilliklə Raqif Muradova səs verəcəklərini deyiblər.
Bu gün isə Raqif Muradov İmişli rayonunun Becrəvan və Mirili kəndində seçicilərilə görüşüb. Hər iki kənddə rayonda böyük nüfuz sahibi olan Raqif Muradovla görüşə xeyli sayda seçici qatılıb.
Mirili kəndində görüşə gələnlər arasında kəndə ən yaşlı ağsaqqalı da olub. Kənd sakinləri səmimi söhbət edən Raqif Muradov onları seçkidə fəal iştirak etməyə çağırıb. Deputatlığa namizəd son illər ölkədə həyta keçirilən islahatlar barədə kənd sakinlərinə məlumat verib.
Bildirib ki, Prezidenti İlham Əliyevin siyasi iradəsilə buraxılan sonuncu parlamentin üzvlərinin əksəriyyəti ölkədə həyata keçirilən islahatlarla ayaqlaşa bilməyib. Ona görə də parlamentin yeni təfəkkürlü insanlardan formalaşmasına önəm verilir.
Raqif Muradov deputat seçiləcəyi halda Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahat kursuna tam dəstək verəcəyini, qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün öz bilik və bacarıqlarından istifadə edəcəyini vurğuladı. Eyni zamanda İmişli və Beyləqan rayonunda hər bir kəndin, hər bir ailənin probleminin həlli üçün çalşacağını bildirdi.
Görüşə qatılanlar birmənalı şəkildə seçkidə Raqif Muradova səs vercəklərini bəyan ediblər.
İmişli rayanunun Becrəvan kəndində də seçicilərlə görüş yüksək səviyyədə baş tutub. Kəndin ağsaqqaları və ziyalılarının qatıldığı görüşdə kənd camaatı Raqif Muradova inandıqlarını, məhz onu öz deputatları kimi görmək istədiklərini bildiriblər.
Qeyd edək ki, əslən İmişli rayonundan olan Raqif Muradov nəinki rayonda, ümumiyyətlə həmin bölgədə böyük nüfuza malik şəxslərdən biridir. Vaxtilə yüksək vəzifələrdə işləmiş Raqif Muradovun keçdiyi həyat yolu, eldə-obada olan hörməti, İmişli və Beyləqan camaatının şəxsinə olan münasibəti onun dairədə deputatlığa əsas namizədlərdən biri və bəlkə də birincisi olduğunu söyləməyə əsas verir.