8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Millət vəkilliyinə namizəd Unikal.org-a açıqlamasında son günlər haqqında yayılan video görüntülərdən danışıb. Ç.Qənizadə baş verən hadisəni özünə qarşı hazırlanmış təxribat adlandırıb:
"Yanvar ayının 17-dən etibarən seçki kampaniyasına start vermişəm. Bu günə qədər keçirdiyim görüşlərin fotolarını təqdim edirəm. Rəqiblərimi də həmin fotolara baxmağa dəvət edirəm.İstəyirəm onlar insanları necə qarşıladığımı, seçicilərin necə yüksək əhval-ruhiyyədə mənimlə görüşə gəldiklərini görsünlər. Araşdırmamız zamanı məlum oldu ki, Tapdıq Abbasın youtube kanalına çıxararaq mənim və digər namizədlərin əlehinə antitəbliğat apardığı 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlərdən biri Orucov Məhərrəm Möhübbət oğlu onun bibisi nəvəsidir və o, Dünyamalılar kəndində yaşayır. Ümumilikdə demək istəyirəm ki, namizəd olduğum dairədən bu gün seçicilərin ən çox yanında olan, onlarla ən çox görüşə gedən namizəd kimi görüşlərimiz bu ardıcıllıqla davam edəcək. İnşallah seçicilərin dəstəyi ilə sonda da qələbə bizim olacaq".
Qeyd edək ki, millət vəkili Çingiz Qənizadə fəaliyyəti dövründə həm mətbuat, həm seçicilər, həm ona müraciət edən hər bir vətəndaş üçün əlçatan olan, hər il seçiciləri ilə kəndlərdə görüş keçirən, onların problemləri ilə yaxından tanış olan, seçicilərin hörmət və nüfuzunu qazanan deputatlardan biri olub.