Müzəffər Ali Baş Komandan


 Mahir Məmmədov,
“SOCAR Energy Georgia” şirkətinin baş direktoru 

Ermənistanın sabiq milli təhlükəsizlik naziri və prezidentliyə keçmiş namizəd David Şahnazaryan 44 günlük müharibədə ölkəsinin üzləşdiyi itgiləri uydurma 1915-ci “soyqırımı”ndan sonra ən böyük millətinin ən böyük faciəsi adlandırıb. 1988-ci ildə “Qarabağ Komitəsi”nin yaradanlardan biri olan və bu günə kimi Ermənistan siyasətinin önəmli isimlərindən biri olaraq qalan David Şahnazaryanın 1915-ci “soyqırımı” ilə bağlı fikirləri əsassız olsa da, 44 günlük müharibədə erməni xalqının məruz qaldığı itgilər həqiqətən də bu xalqın tarixi boyu aldığı ən böyük zərbələrdən biridir.

Ermənilər 1988-ci ildən başlayarq bütün resurslarını Dağlıq Qarabağın, daha sonra isə vilayətin ətrafındakı 7 rayonun işağlına və  işğaldan sonra yaranmış status-kvonun saxlanılmasına yönəltmişdilər. Belə demək olar ki, ermənilərin bir xalq olaraq mövcudluqlarının 32 ilini həsr etdikləri “nailiyyətlər” 44 gün içərisində məhv oldu. Üstəlik həm də ermənilər ordularının demək olar ki, darmadağın edilməsi, hərbi texnika və silah-sursatlarının çox böyük hissəsinin məhv edilməsi, minlərlə əsgərinin ölümü və 15 mindən artıq hərbçisinin sağlamlığını itirməsini qazandılar.

Azərbaycan isə 44 günlük müharibədə 1918-ci ildə müstqəil dövlət qurculuğundan sonra ən böyük tarixi uğurunu qazandı. Azərbaycan müstəqilliyini itirdiyi 1920-ci ildən sonra belə böyük tarixi uğura imza atmamışdı. Son yüz ilin ən böyük tarixi zəfəri Azərbayan xalqının fədakarlığının, Azərbaycan ordusunun şücaətinin və Azərbayanın Ali Baş Komandanın dühasının nəticəsidir. 44 günlük müharibədə Azərbaycanın Ermənistan üzərində sarsıdıcı qələbəsi Ali Baş Komandan İlham Əliyevin adını Azərbaycanın şanlı tarixinin ön səhifəsinə yazdı.

 44 günlük müharibədə qazanılan şanlı qələbədə Azərbaycan xalqının fədakarlığı, Azərbayan ordusunun cəsarəti  və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti danılmazdır. Hər kəsə məlumdur ki, Azərbaycanın 90-cı illərdə məruz qaldığı məğlubiyyət Ermənistanın daha güclü olması, ermənilərin daha döyüşkən olması kimi saxta miflərlə bağlı deyildi. O zaman ermənilər Azərbaycana qarşı çox güclü bir koalisiya qura bilmişdilər. Həmin koalisiya açıq olmadığı üçün bir çoxları bunun fərqinə vara bilməz. Ancaq həqiqətləri gizlətmək mümkün deyil. Üzə çıxan həqiqətlər isə ondan xəbər verir ki, 1992-ci ilin mayın 8-də Şuşanın işğalını ermənilər deyil, Rusiyanın 366-cı qvardiya motoatıcı alayı həyata keçirib. Şuşanın işğalından öncə Xocalının da işğalını məhz bu alay həyata keçirib. Ağdərənin işğalını isə Rusiyanın Pskov desant diviziyasının hərbiçiləri həyata keçirib.

 1993-ci ilin dekabrında  başlamış 6 yanvar tarixinə kimi davam edən, tarixə Horadiz əməliyyatı Füzuli rayonunun Horadiz qəsəbəsinin və 20 kəndinin işğaldan azad olunması ilə başa çatsa da, daha böyük hədəflərə çata bilməməsinin səbəbi yenə Ermənistana verilən hərbi dəstəklə bağlı idi.

 Sentyabr ayının 27-də Ermənistanın yeni işğalçılıq siyasətinə çavab olaraq Azərbaycan ordusunun başlatdığı əks-hücum əməliyyatlarının məntiq sonluğa çatmasının ən əsas səbəblərindən biri Ermənistanın 30 il əvvəl olduğu kimi güclü ittifaq yarada bilməməsidir. Bu isə heç şübhəsiz ixtisasca diplmat olan Ali Baş Komandanın diplomatik uğurunun nəticəsidir.

 44 günlük müharibəni yaxından izləyən siyasi ekspertlər bir qədər təəccüblə Ermənistanın havadarlarının ciddi fəaliyyətlərinin olmamasını qeyd edirdilər. Hətta bəzən elə gəlirdi ki, Avropanın çoğrafi sərhədləri daxilində müharibənin getdiyi bir-iki ölkə istisna olmaqla digərləri tərəfindən narahatlıqla qarşılanmır.  Bəzi Avropa dövlətlərinin birmənalı olaraq Azərbaycanı dəstəkləməsi, hərbi əməliyyatları Azərbaycanın azadlıq müharibəsi kimi dəyərləndirməsi də siyasi ekspertlərdə təəccübə səbəb olmuşdu. İsrail və Türkiyə kimi aralarında anlaşılmamazlıq olan iki ölkənin Azərbaycana eyni münasibəti göstərməsi, Rusiya, İran, Gürcüstan kimi region ölkələrinin Azərbaycanın ərazi bütövülüyün təmin olunması ilə bağlı birmənalı mövqeyinin təmin olunaması da çox böyük marağa səbəb olmuşdu. Aydın görünürdü ki, prezident İlham Əliyev hərbi əməliyyatların uğurla başa çatması üçün çox münbit siyasi və diplomatk mühit formalşdıra bilib. Bu işin ən maraqlı tərəfi isə yaranmış vəziyyət aşkara çıxana kimi kimsənin fərq etməməsidir.

Sentyabrın 27-si ərəfəsində belə təəssürat var idi ki, Azərbaycanın 20 faiz torpağını işğal edən Ermınistan həm də siyasi və diplomatik sahədə də önə çıxa bilib. Rusiyanın liderliyi ilə qurulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyində təmsil olunan Ermənistan Avropa İttifaqı ilə Assosiasiya müqaviləsi də imzalamağa nail olmuşdu. Belə görünürdü ki, fərqli iki qütb ilə əməkdaşlığa nail olan Ermənistan beynəlxalq aləmdə mövqelərini gücləndirir.

Ermənistanda 2018-ci il baş verən hakimiyyət dəyişikliyindən sonra isə ümumiyyətlə İrəvanın mövqelərinin gücləndiyi görüntüsü vardı. Lakin bütün bunlar görüntü imiş. Azərbaycan isə heç bir görüntü yaratmadan, diqqət çəkmədən addım-addım irəliləyirdi. Beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsi istiqamətində uğurları bir-birini əvəz edirdi. Hətta son zamanlar Ermənistanın qınanması müşahidə olunurdu. İrəvanda bunları ciddiyə almamaları onların bu gün üzləşdikləri ağır məğlubiyyətin əsasını qoyurdu.

Ali Baş Komandan kimi İlham Əliyevin daha bir xidməti Azərbaycanda XXI əsrin ordusunu qura bilməsidir. Dünya hərb sənayesində baş verən texnoloji inqilabı yaxından izləyən Ali Baş Komandan Ermənistanın ötən əsrin hərb maşını olan ordusuna qarşı XXI əsrin ordusunu yaratdı. Bu isə döyüşlərin ilk anlarından başlayaraq Azərbaycan ordusunun üstünlüyünü birmənalı təmin etdi. Azərbaycan ordusunda baş verən dəyişiklilərin ən önəmli cəhəti olaraq idarəetmədə yeniliyin təmin edilməsini qeyd etmək lazımdır. Azərbaycan hərbi birləşmələri yeri gələndə əlahiddə ordu  kimi, yeri gələndə də vahid orqanizm kimi hərəkət etmək qabiliyyəti nümayiş etdirdi.

Azərbaycanın siyasi, diplomatik, hərbi, iqtisadi və informasiya təhlüksəizliyi sahəsində müharibəyə hazır olması 44 günlük qələbə ermənilərin bir millət olaraq 32 illik bir zaman kəsiyini sərf etdikləri işğalçılıq və işğalın qorunub saxlanılması ilə bağlı fəaliyyətlətini tamamilə məhv etdi. Bir Ali Baş Komandanın uğuru bundan böyük ola bilməz. Bu uğur Ali Baş Komandan İlham Əliyev adını Azərbaycan tarixinin şanlı səhifəsisinə yazdı və gələck nəsillər bunu ehtiramla qeyd edəcəklər.

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti