“HİDRO LOTUS” MMC DAHA BİR SAHİBKARA “ATIB” – “AZƏRSU” ŞEFİNİN ADI BU MƏSƏLƏDƏ NİYƏ HALLANIR?

 

Son bir neçə gün ərzində Bakıya yağan yağış paytaxtın kanalizasiya sisteminə cavabdeh olan "Azərsu” adlı dövlət qurumunun yarıtmaz fəaliyyətini üzə çıxarmış oldu. Məlum oldu ki, paytaxtın kanalizasiya və drenaj sistemləri elementar yüklənməyə belə cavab vermir. Bununla bağlı kifayət qədər yazılıb və hesab edirik ki, media vasitəsilə tirajlanan bu qəbildən olan məlumatlara sözügedən qurumun rəsmiləri tərəfindən tutarlı cavab verilməyib.

Görünür, bu cür vəziyyətin yaranmasının kökündə duran başlıca səbəblərdən biri də qurumun gördüyü işlərdə halallıq və şəffaflıq prinsipinə əməl olunmmasıdır. Redaksiyamıza şikayətlə müraciət edən xarici ölkə vətəndaşını dinlədikdə və onun təqdim etdiyi sənədlərlə tanış olduqda buna inanmaya bilmirsən. Aldadıldığını iddia edən iş adamının dediklərindən belə nəticəyə gəlmək olar ki, onlar "Azərsu”ya aid işləri həyata keçirərkən fırıldaqla üzləşiblər. Azinforum.az "Kayalar İnşaat” MMC-nin direktoru Sefa Kayanın redaksiyaya ünvanladığı şikayətin tam mətnini təqdim edəndən sonra,  (həmin məqalə bu linkdədir – http://azinforum.az/az%C9%99rsu-v%C9%99-hidro-lotus-%C9%99cn%C9%99bi-is-adaminin-pulunu-niy%C9%99-vermir-sikay%C9%99t/) redaksiyamıza bənzər şikayətlə daha bir iş adamı müraciət edib.

 

h1

 

"Hidroenerji Quraşdıma” MMC-nin direktoru İmran Verdiyev tərəfindən Azinforum.az-a edilən şikayətdə bildirilir ki, sözügedən müəssisə kecmiş SSRİ məkanındakı və energetka sahəsinə aid edilən bir sıra böyük quruğuların ərsəyə gəlməsində müstəsna rola malikdir.
İş adamı tərəfindən bizə ünvanlanan müraciəti yazıda adları çəkilən bütün qurumların cavab haqqını tanımaqla olduğu kimi dərc edirik:
"Şəmkir, Yenikənd, Mingəcevir, Varvara, Seyfəli SES-lərdə, Qazax və Norm sement zavodlarında tikinti-quraşdırma işlərində, respubikanın su və qaz xətlərinin cəklişində böyük rola malik olan şirkətik.
Nəzərinizə catdırırıq ki, ”Hidroenerji Quraşdırma” MMC ilə "Hidro Lotos” MMC arasında 02 iyul 2012-ci il tarixdə xidməti müqavilə baglanmışdır.Tərəfimizdən baglanmış müqavilənin şərtləri yerinə yetirələrək 16.08.2012-ci il tarixdən 13.12.2012-ci ilədək 1 032 045 AZN dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilərək "Hidro Lotos” MMC-nin beş nəfərindən ibarət səlahiyyətli nümayəndəsinin imzası ilə qəbul olunaraq təhvil verilmişdir.(Akt əlavə olunur).

 

h3
Görülmüş işlərin təhvil verilməsinə baxmayaraq qeyri müəyyən bəhanələrlə müəssəmizə catacaq 388 214 AZN "Hidro Lotus” MMC tərəfindən ödənilməmiş qalmışdır. Dəfələrlə "Hidro Lotus” MMC-nin rəhbəri Ali bəy və maliyyə şöbəsinin müdüri Ədalət bəylə görüşlərimiz olmuş, həmişə görüşlərdə borcun yaxın vaxtlarda ödənilməsinin söz vermişdilər. Lakin verilən vədlərə baxmayaraq, onlar həmişə müəyyən bəhanələr edərək verdikləri vədlərdən boyun qacırmışlar.
Belə olan halda müəssisəmizin cətin maliyyə vəziyyətini nəzərə alaraq bu işləri rəsmi qaydada həll etmək üçün biz müəssisəmiz adından "Hidro Lotus” MMC-yə 25 saylı 02.06.2013; 26 saylı 17.07.2013; 27 saylı 15.08.2013-cü il tarixli məktublarımızla müraciət etmişik.

h4
Təssüflər olsun ki, məktublarımızın hec birinə cavab ala bilməmişik.Biz bir daha "Hidro Lotus” MMC-nin rəhbəri Ali bəy və maliyyə şöbəsinin müdürü Ədalət bəylə onların Yasamal rayonunda yerləşən ofislərində görüşüb, məhkəməyə müraciət etməyimizi bildirdik. Ali bəy və Ədalət bəylə danışıqlarımızın nəticəsi olaraq onlar həmin borcun 388 214 AZN –nin əvəzinə bizə 150 000AZN ödəməklə borcun bağlanmasını təklif etdilər.Biz isə onlara bildirdik ki, bizim işçilərə olan əmək haqqı borcumuz və digər icarəyə götürdüyümüz avadanlıqların icarə haqqını ödəmir.
Biz Ali bəyə bildirdik ki, bizə bu işləri siz gördürmüsüz və işləri siz qəbul etmiziniz. O isə cavabında bildirdi ki, mənim işləri görməyinizə hec bir ehtirazım və iradım yoxdu, lakin həmin borcu "Azərsu”ASC-dən ala bilsəm, onlar icazə versə mən sizə həmin borcu ödəyəcəm.

 

h5

 

Biz ondan soruşduq ki, biz bu məsələni kimlə həll edə biərik, maliyyə şöbəsinin müdürü Ədalət bəy bizə bildirdi ki, "Hidro Lotus” MMC-nin əsl rəhbəri Namik Cəbrayıovla həll edə bilərsiniz. Biz isə onlara bildirdik ki, biz belə adam tanımırıq,biz sizi tanıyırıq xahiş edirik bizə olan borcu ödəyəsiniz. Əks təqdirdə məhkəməyə müraciət edəcəyik. Ədalət məcazi mənada gülərək, Namiqin Qorxmaz müəllimin qaynı olduğunu bidirdi: 

”Siz ona hec bir təsir göstərə bilməyəcəksiniz, onların arxasında böyük qüvələr durur.Sizin məhkəmə uduşlarınız şanssız olacaq.Udsanız da ekspertlər dəvət edib, məhkəmə uduşlarınızı ləğv edəcəyik və biz sizə pul ödəməyəcik.
Yuxarıda qeyd edilənlərin nəticəsi olmadığı halda, məsələnin qanuni halda həll edilməsi üçün 17 oktyabr 2014-cü il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məkəməsinə iddia ərizəsi ilə müraciət etdik.
1 saylı Bakı İnzibati-İqtisadi Məkəməsində iddia ərizəmizə baxılaraq 01.06.2015-ci tarixdə 2 – ( 81 ) – 3423\2014 saylı Qətnamə ilə cavabdeh "Hidro Lotos” MMC-dən iddiaçı ”Hidroenerji Quraşdırma” MMC -nin xeyrinə 343 261.43 AZN məbləğin tutulması barədə qətnamə cıxarıldı.
Bundan sonra "Hidro Lotos” MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadı Kollegiyasına müraciət etmişdir. 29. 09. 2015-ci ildə Bakı Apellyasiya Məhkəməsində işə baxılaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məkəməsində 01.06.2015-ci tarixdə 2 – ( 81 ) – 3423\2014 saylı Qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

 

h6
"Hidro Lotus” MMC Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına iddia ərizəsi ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinin ləğv edilməsi barədə müraciət etmişdir.
01.03.2016-cı ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadı Kollegiyasına geri qaytarmışdır.
11.05.2016-cı ildə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadı Kollegiyası işə yenidən baxaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məkəməsində 01.06.2015-ci tarixdə 2 – ( 81 ) – 3423\2014 saylı Qətnaməsi dəyişdirilmədən qüvvədə saxlayaraq”Hidroenerji Quraşdırma” MMC -nin xeyrinə 2-2 (103)-301\2016 Qətnamə ilə saxlamışdır.

h7
İş yenidən baxılması üçün 06.10.2016-cı ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında "Hidro Lotus” MMC -nin nümayəndəsi dindirilərək bir-başa onların xeyrinə Qətnamə oxundu.
Məhkəmə Qətnaməsi tərəfimizdən alınan kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinə plenar kassasiya şikayəti veriləcəkdir.
Müraciət etdiyimiz halda müəssisəmizin çətin maliyyə vəziyyətindən cixarılması üçün Ali Məhkəmə sədrliyinin və hakimlərin humanis addım atmaqlarına böyük ümüdlərimizin olduğuna inanırıq. Məlumat üçün bidirik ki, Əli və Ədalət bəy kimlərinin arxalandıqları və onların havadarlarının törətdiyi işlərin nəticəsində müəssisəmizin 98000 AZN dəyərində avadanlıqların satılıb, şəxsı mülkiyyətimdə olan Bakı ş. 8 km qəsəbəsində R.Rüstəmov kücəsində yerləşən 3 otaqlı mənzilimi əşyaları ilə birlikdı satıb işcilərin əmək haqqını ödəmişəm.
Böyük ümüdlə inanırıq ki, tapdalanmış hüquqlarımız bərqərar olacaq, gümanımız göydə Allaha, yerdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevayadır”.

h7

Redaksiyadan: "Hidro-Lotus” MMC-nin adının bu cür maliyyə qalmaqallarında hallanması çox maraqlı görünür. Artıq redaksiyamıza bu MMC ilə bağlı ikinci şikayət təqdim edilib. Hər birinin də məzmunundan başa düşülür ki, "Hidro-Lotus” gördüydü işlərin pullarını ödəmək istəmir. Sözügedən qurumun "Azərsu” ilə sıx bağlı olduğu barədə bir sıra jurnalist araşdırmaları mövcuddur. Qeyd edək ki, internet resurslarında dərc edilən dərin məzmunlu araşdırmalar indiyədək nə "Azərsu”, nə də "Hidro Lotus” tərəfindən təkzib olunmayıb. Bu istiqamətdə araşdırmamız davam edir.

Mahir MİRZƏYEV

Azinforum.az

 

h8

h2

h9

 



Oxşar Xəbərlər

Xəbər lenti