8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ey mənim möhtərəm, mötəbər xalqım!
Güc verək gücünə bizim İlhamın!
Dünyanın bəbəyi, gözü bizdədir,
Apreldə başladı yazı İlhamın!
Zərifə xanımın ciyərparəsi,
Məni səndən seçir gözü İlhamın!
"Yallı”nı demirəm Cıdır düzündə,
Çalar, özü çalar sazı İlhamın!
Heydərin oğludur, Tanrının dostu,
Zəfər, qələbədir sözü İlhamın!
Mənim bu qısa açıqlamamı oxuyandan sonra bəyənən də olacaq, bəyənməyən də. Nifrət edən də olacaq.
Mənim 70 yaşım tamam oldu. Valideynlərimiz mərhum prezidentimiz Heydər Əliyevin dövründə yaşamış, işləmişdir. Vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Millətinə, xalqına əməlli-başlı xidmət etmişdir.
Atam, Əsədov Fərzalı Ağamalı oğlu, 48 yaşında dünyasını dəyişmişdir. Yadıma gəlir, anam deyirdi ki, Prezident Aparatından bizə, başsağlığına iki nəfər yoldaş gəlmişdi. Hətta, yas üçün müəyyən ərzaq da gətirmişdilər. Bu gün atamın adı ehtiramla anılır, yad edilir.
Atamı işinə görə Moskvaya sərgiyə göndərirdilər, o getmədi. Bildirdi ki, mən neyləmişəm ki? Verilən tapşırığı yerinə yetirmişəm. Xalqıma, hökumətimə xidmət etmişəm.
Atamın yerini tez-tez dəyişiblər, belə ki, təcrübəsi olduğundan o biri sovxoza da kömək eləsin.
Bizim ailə sevilib, seçilən ailə olub. Hamımız oxumuşuq.
Azərbaycan mənim Vətənim, yurdum, valideynim olub. Bu gün də ağılagəlməz, möhtəşəm bir ölkədə yaşayıram.
Mən, valideyinim Azərbaycanın üzünə ag olmaram! Hər kəsə sayğı ilə yanaşıram, dəyər verirəm! Mən özümə dəyər verirəm. Siz də verin!
Hörmətlə: Sizin Həvva