Xalqına sadiq Ulu Öndər

Ölkənin inkişaf tarixində yeni səhifə10 may 1923-cü il.Ətirli, güllü-çiçəkli bahar fəslinin ən parlaq ayında qədim Naxçıvan torpağında bir körpə dünyaya gəldi. Kim deyə bilərdi ki, bu körpə gələcəkdə hələ sağlığında canlı əfsanəyə çevriləcək, tarixi şəxsiyyət kimi parlayacaq.
Hamıya məlumdur ki, uşaqlıq mühiti, yeniyetməlik çağlarının şəraiti, şəxsiyyətli formalaşması üçün dərin izlər buraxaraq, alimin, sənətkarın, yazıçı və siyasi xadimin sonrakı taleyini müəyyənləşdirir. Dərin təhlilə və xatirələrə varmadan Heydər Əliyev xarakterindəki liderə xas olan ən zəruri keyfiyyətlərin məhz uşaqlıqdan yaranmasını deyə bilərik.

70-ci illərdə Azərbaycan Heydər Əliyevin sayəsində özünün dirçəliş, əsl renosans dövrünü yaşadı. İndi o illərin bütün uğurlarını sadalamaq çox çətindir . Nailiyyətlər olduqca çox idi. Sirr deyil ki, o zamanlar Azərbaycan güclü sənaye potensialı yaratmasaydı, SSRİ-nin iflasından sonra respublikamız bu gün təsəvvürümüzə belə gətirmədiyimiz miqyasda böyük çətinliklərlə rastlaşacaqdı. Ulu öndər Heydər Əliyev öz titanik zəhməti bahasına, çoxsaylı düşmənlərin əhatəsində olan müstəqil Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı və ölkəmizə təcavüz etmiş Ermənistanın işğalının miqyasının artmasına imkan vermədi. O, Azərbaycana 30 ildən artıq rəhbərlik etdi və tarix üçün o qədər də böyük olmayan bu müddətdə ölkənin, xalqın taleyində unudulması heç bir zaman mümkün olmayacaq bir rol oynadı.

Bu gün Azərbaycanın hər bir bölgəsində, hətta ən kiçik kəndində belə Heydər Əliyevin yaradıcı, qurucu siyasətinin izini görmək mümkündür. O, bu illər ərzində təkcə rəhbər deyil, həm də Millətin Atası oldu. Ötən əsrin son 30 ilində müstəqil dövlətin qurulmasına zəmin yaradan bir çox işlər görülmüşdü.Bu işlərin böyük əksəriyyəti 1970-80-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə və onun bilavasitə rəhbərliyi altında həyata keçirilmişdi. Amma o da faktdır ki, görülən bəzi işlərin əsl mahiyyəti zaman keçdikcə üzə çıxır. Bu mənada Heydər Əliyevin Azərbaycanın tarixində ən vacib nailiyyətlərindən biri Dövlətimizin Azərbaycanlılaşdırılmasıdır. Biz tariximizi unutmamalıyıq və başımıza gələnlərdən ibrət dərsi götürməliyik.

12 dekabr 2003-cü il... Həmin gün Azərbaycana dəhşətli,qara bir xəbər yayıldı. Azərbaycan xalqı ağır itki ilə üzləşdi. Öz fövqəlbəşəri, liderlik keyfiyyətləri ilə, ən uca zirvədə duran bir şəxsiyyət Heydər Əliyev əbədiyyətə qovuşdu. Heydər Əliyev Azərbaycanın əlçatmaz ünyetməz ən uca bir zirvəsidir. Elə bir zirvə ki, günbatandan gündoğana dünyanın hansı bir nöqtəsindən baxsan, o zirvə parlaq bir günəş kimi, nurlu və aydın bir səhər kimi bütün bəşəriyyətin gözləri qarşısında əzəmətlə ucalır. 
Bəli! Nə qədər ki, bu xalq yaşayır, Heydər Əliyev kəlməsi dilimizdən düşməyəcək, onun müqəddəs xatirəsi ürəklərdə daim yaşayacaq. Rahat yat Ulu öndərimiz! Sənin qurub yaratdığın Yeni Azərbaycan etibarlı əllərdədir! Müasir Azərbaycan Heydər Əliyev Dünyasının işığı və İlham Əliyev əzəmətindən ruhlanaraq sabaha inamla gedir.

Rəsmiyyə Hüseynova

Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini



Oxşar Xəbərlər

Xəbər lenti