8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı təklifini qəbul edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda baş tutan BRİCS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Moskva Ərdoğanın təklifini qəbul edib, Kiyev isə təklifdən imtina edib.
Putin bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi bir neçə gün əvvəl Ukrayna ilə bağlı yeni ideyaların nəzərdən keçirilməsini təklif edib, lakin Kiyev bundan imtina edib.
Putin Ərdoğana 2022-ci ildə Ukrayna ilə danışıqlar üçün platforma təqdim etdiyinə görə təşəkkür edib: “Ukrayna ilə danışıqlara gəlincə, mən bu barədə artıq dəfələrlə danışmışam, biz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana minnətdarıq ki, o, vaxtilə bizə Ukrayna nümayəndə heyəti ilə danışıqlar üçün platforma təqdim edib. Bu danışıqlar prosesi zamanı, 2022-ci ilin sonunda biz mümkün sənəd - sülh sazişi layihəsi ilə çıxış etdik. Ukrayna nümayəndə heyəti bunu parafladı, yəni hər şey onları qane edirdi, sonra isə sadəcə imtina etdilər”