8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sərhədi qeyri-qanuni şəkildə keçməsi işi ilə bağlı məhkəməsinin iclası zamanı müxalifəti daha sərt etiraz aksiyaları keçirməyə çağırıb. Saakaşbili iclasda müalicə aldığı "Vivamid" mülki klinikasından videokörpü vasitəsi ilə qiyabi iştirak edib.Oktyabr ayında keçirilmiş parlament seçkilərinin nəticələrinə qarşı etirazların güclənməsinə çağıran Saakaşvili deyib: "Ölkəni əlimizdən alırlar. Ya müqavimət göstərib ölkəni geri qaytaracağıq, ya da müqaviməti dayandıracağıq və Gürcüstan daha müstəqil dövlət kimi var olmayacaq".Saakaşvili hakim "Gürcü arzusu" partiyasının əslində seçkilərdə məğlub olduğunu iddia edib.