8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
1991-ci ildə SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda yaranmış üç respublikadan biri olan Azərbaycan öz müstəqilliyinin müqabilində çox qurbanlar vermişdi. İstər xalqımıza qarşı törədilən soyqırım siyasəti istər torpaqlarımıza qarşı olan təcavüzlər bu müstəqil gələcəyə mane ola bilmədi. Bu ağır mübarizədə çox itkilər versək də yolumuzdan dönmədik və nəticədə haqqımız olan azadlığımıza qovuşduq. Ancaq həll edilməmiş problemlərimiz mövcud idi. Beynəlxalq ictimaiyyətdə tanınmalı və haqq səsimizi ən uca tribunalardan səsləndirə bilməli idik.
Bu uğurda ilk uğurlu addımları Ulu öndər Heydər Əliyev atmışdır. İstər xarici siyasətdə, istər iqtisadi siyasətdə, istərsə də qonşu ölkələrlə qurulan münasibətlərdə bu günkiuğurlara zəmin yaratmışdı. 1994-cü ilin sentyabr ayında “XX əsrin müqaviləsi” adlandırılan nəhəng beynəlxalq iqtisadi layihəyə bir çox dünya ölkələri və şirkətlərinin imza atması aydın gələcəyimizin təməlləri idi.
Bu gün Azərbaycan beynəlxaq enerji layihələrinin təşəbbüskarı, ev sahibidir. Bu bizə güclü iqtisadiyyat və onun nəznində güclü müdafiə imkanları gətirmiş oldu. XX əsrin 90-cı illərində müharibənin astanasında olan bir ölkənin bu qədər böyük bir layihəyə ev sahibliyi etməsi inanılmaz bir uğur idi. Gülüstan sarayında “Əsrin müqaviləsi” imzalanan zaman bir çox ölkələr onun reallaşacağına ehtimal belə vermirdilər. Ancaq bu layihə nəinki uğurla reallaşdı, hətta Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin təşəbbüsü ilə daha da genişləndi və 2013-cü ildə Türkiyənin də dəstəyi ilə Trans-Anadolu(TANAP), Trans-Adriatik(TAP) kimi “XXI əsrin müqaviləsi” adlandırılan növbəti beynəlxalq enerji əməkdaşlıqları təmin edildi.Təkcə iqtisadi layihələr ilə deyil eyni zamanda beynəlxalq layihələrə, idman oyunlarına, musiqi festivallarına etdiyimiz ev sahiblikləri ilə öz kimliyimizi dünya ictimaiyyətinə tanıtmağa nail olduq. Bugünki xarici turizmin inkişafının təməllərini qoya bilmək üçün ardıcıl və planlı tədbirlər həyata keçirdik. Təbii ki bunların reallaşa bilməsi üçün ən lazım olan amil təhlükəsizliyin təmini məsələsi idi. Təbii ki, heç bir xarici ölkə və şirkət hərbi təhlükə olan bir ölkə ilə iqtisadi əməkdaşlıq etmək istəməz. Bütün kənar təzyiqlərə baxmayaraq güclü xarici diplomatiya ilə bir çox ölkələri əməkdaşlığa cəlb edə bildik. Çünki müstəqil iqtisadiyyat müstəqil xarici siyasət deməkdir.
Bu isə bizə hərbi uğurlar gətirdi. 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük haqq savaşımızda bizə azad iradə bəxş etdi. Nəticədə 30 illik mübarizənin şanlı qələbəsini yaşadıq. Neftdən və digər təbii resurslardan əldə edilən gəlirlərin müdafiə gücümüzün artırılmasına sərf edilməsinin ilkin təməli 2002-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə “Silahlı qüvvələrə yardım fondunun” yaradılması ilə qoyuldu. Daha sonra 2003-cü ildə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə hərbi sənaye sahəsində uğurlu layihələrə imzalar atıldı. Müharibə şəraitində olan bir ölkə olaraq müdafiə sənayesində də heç kimdən asılı olmamalı idi. Bu siyasətin nəticəsinin 44 günlük müharibədə yerli istehsalatımız olan silahlardan istifadə edərək gördük. Biz heç kimin bəxşişindən asılı deyildik. Yerli “Zərəb” adlandırılan silahlarımız döyüş meydanın da öz sözünü demişdir. Nəticədə Azərbaycan bu gün silah istehsal edən ölkədir. Bəlli ki, İsrailin “Harop” silahı və Türkiyənin “Bayraktar” silahları bizim gücümüzə güc qatdı. Lakin cənab Prezidentin də dediyi kimi biz bu silahları bəxşiş kimi almamışıq pul qarşılığında almışıq və özümüzün istehsal etdiyi silahlarımızda həlledici gücə malikdir. Əbəs deyil ki,2021-ci ildə iyun ayının 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə cənab Prezident İlham Əliyev arasında bağlanan “Şuşa” bəyənnaməsində də hərbi əməkdaşlıq müddəası mövcuddur. Hətta gələcədə “bayrakdar” kimi müasir silahların ölkəmizdə də istehsal edilməsi planlaşdırılır. Biz hələ ki inkişafda olan bir dövlətik və 30 ildə qazandığımız naliyyətlərin təməli o qədər möhkəmdir ki daha neçə-neçə əsirlər qazanacağımız naliyyətlərə zəmin yaradacaqdır. Məhsəti Məmmədova
Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin ingilis dili müəllimi
Sozcu.info