8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident, cənab İlham Əliyev bu ilin dekabrın 24-də Qərbi Azərbaycan icmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüşdür. O, öz çıxışında bildirmişdir ki, onların yaxınları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bunu deməyə əsas verən amillərdən biri də odur ki, bu gün Zəngilan rayonun Ağalı kəndində yaşayanların əksəriyyəti, eyni zamanda uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişdilər. Torpaq həsrəti və vətən sevgisi onları ora getməyə vadar etdi.
Bir çox tarixi sənədlərdə təsdiqəyir ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Lakin təəssüf ki, ermənilər Qarabağdakı kimi Qərbi Azərbaycandada bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi izini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki sənədlər var, xəritələr var. Qərbi Azərbaycan İcmasının binasında nümayiş etdirilən XX əsrin əvvəllərinə aid xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin ,kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.
Xalqımız əsrlər boyu öz torpaqlarında öz hüquqlarını qorumaq uğrunda mübarizə aparmışdır, böyük fədakarlıqlar göstərmişdir. Ancaq tarixin müxtəlif dövrlərində xalqımız öz torpaqlarından məhrum olmuşdur. Bu baxımdan XX əsr xalqımız üçün çox faciəvi keçmişdir. İlk öncə onu deyək ki, 1918-ci ildə yaradılmış AXC tarixi torpağımız İrəvanı Ermənistana bağışlamışdır. Əlbətdəki bu cox böyük bir səhv addım idi.
AXC-nin yaradılması təbii ki, xalqımızın böyük uğuru idi, lakin onlar ermənilərin İrəvanla kifayətlənməyəcəyini hesablaya bilməmişlər. 1920-ci ildə xalqımıza qarşı növbəti cinayət baş verdi. Sovet höküməti Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi. Bununda bir səbəbi o idi ki, ermənilər sovet hökümətində mühüm vəzifədə idilər. Digər səbəbi isə Azərbaycanı Naxçıvandan və Türkiyədən ayırmaq üçün atılmış strateji bir addım idi.
Bildiyimiz kimi bununla da Qərbi Azərbaycanlıların faciəsi bitmədi. Xalqımızın İkinci Dünya müharibəsində göstərdiyi fədakarlıqları 1948-1953-cü illərdə deportasiya ilə “mükafatlandırıldı”. Sovet hökumətinin xalqımıza qarşı növbəti cinayəti isə 1980-ci illərin sonunda baş verdi. Bu səfər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən erməni millətçiləri və onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Azərbaycanlıların dədə-baba torpaqlarından sonuncu deportasiyası başladı. Azərbaycanlılar tarixi torpaqlarından zorla çıxarılıb qovuldular.bir çoxları öldürüldü və işgəncəyə məruz qaldılar. Sonuncu boşaldılan kəndimiz isə Nüvədi oldu. Ardınca xalqımıza qarşı cinayətlər Qarabağda davam etdi.
Göründüyü kimi təkcə XX əsrdə xalqımız nə qədər faciələrlə üzləşmişdir. Lakin öz haqq mübarizəsini davam etdirmişdir və iki il əvvəl biz öz vəzifəmizi şərəflə yerinə yetirərək düşmənlərimiz üzərində tarixi bir qələbə qazandıq. Bu tarixi qələbə bizi yenidən Qarabağa-öz yurdumuza qaytardı. Bu gün biz azad edilmiş torpaqlarımızda yaşayırıq, qururuq, yaradırıq. Ermənilərin vəhşicəsinə dağıtdıqları vətənimizi yenidən bərpa edirik. Onlar eyni vəhşilikləri Qərbi Azərbaycanda da ediblər. Lakin dünya ictimaiyyəti bunu görmür, ya da görmək istəmir. Ona görə də Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilən bu vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmalıdır. XX əsrdə xalqımızın məruz qaldığı əzab-əziyyətlər barədə dünya ictimaiyyəti ətraflı məlumatlandırılmalıdır.
Həmçinin ümumilli lider Heydər Əliyev bildirmişdir ki, biz sərhəd məsələsində önəmli uğurlar qazanmışıq, bütün təxribatların qarşısını müvəffəqiyyətlə almışıq. Hal-hazırda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Lakin bir nəticə əldə edə bilmirlər və bilməyəcəklər də. Heç kim və heç nə bizim əzmimizi qıra bilməz, haqq yolumuzu kəsə bilməz. Bu yolda uğur qazanmağımız üçün Qərbi Azərbaycan icmasına böyük iş düşür. İcmanın bu sahədə daha mütəşəkkil fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir. Qarabağ müharibəsi onu göstərdi ki, bu çox əhəmiyyətlidir. Ona görə də İcma sərgilər, təqdimatlar, beynəlxalq konfranslar və Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Həmçinin İcmanın bir rəqəmsal platforması, bir portalı olmalıdır. Orada ermənilər tərəfindən dağıdılan tarixi abidələrimiz, Azərbaycan tarixinin silinməsi ilə bağlı faktlar öz əksini tapmalıdır. Qərbi azərbaycanlılar dəfələrlə deportasiyaya məruz qalmışlar və onların hüquqları bərpa edilməlidir. Bu məsələyə beynəlxalq hüquqşunaslar cəlb edilməli və onunla bu məsələni beynəlxalq müstəvidə reallaşdırmağın yollarını göstərməlidirlər. Biz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını işləməliyik və onlar öz torpaqlarına qayıtmalıdırlar.
Cənab Prezident İlham Əliyev öz çıxışında Qərbi azərbaycanlıların hüquqlarının bərpasından və bu istiqamətdə görülən işlərdən bəhs etmişdir.Sonda isə bildirmişdir ki, biz necə ki,Qarabağa qayıtdıq ,eləcə də Qərbi Azərbaycana qayıdacağıq.
Mələk Məmmədova
Bakı şəhəri, A.Aqarunov adına 154 saylı tam orta məktəbin tarix müəllimi
Sozcu.info