Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

Azərbaycanla Türkiyə dövləti arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi “bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin dahi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki liderləri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq mesaj qoymuşlar.
XX əsrin əvvəllərində (1918-ci ildə) erməni daşnaklarının Azərbaycan xalqına qarşı soyqırım etdiyi bir zamanda M.K.Atatürkün rəhbərliyi altında türk ordusu Nuru paşanın, Qarabəkir paşanın və başqalarının cəbhə boyu yardımı sayəsində torpaqlarımızdan qovulmuşlar.
Sovet hakimiyyətinin mövcud olduğu (1920-1990) dönəmlərdə Türkiyəyə açılan qapılarımız bağlansa da, xalqlar arasında qarşılıqlı hörmət və məhəbbət undulmamışdır. Hər iki dili bir, dini bir, amalı və əqidəsi, adət və ənənəsi, musiqisi və mədəniyyəti bir olan xalqlar böyük həsrətlə qovuşacağı günü gözləmiş və nəhayət, yetmiş ildən sonra buna nail olmuşdular.
Mühüm geostrateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə çoxəsrlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi dövrə təsadüf edir.
Görkəmli dövlət xadimi 1992-ci il mart ayının 22-idən 25-dək Türkiyə Respublikasının Prezidenti Turqut Özalın və baş nazir Süleyman Dəmirəlin dəvəti ilə səfər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində Türkiyənin Naxçıvanda Baş Konsulluğu açılmış, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, “Sədərək-Dilucu” gömrük-keçid məntəqəsi fəaliyyətə başlamışdır. 
Ulu öndərin Ali Məclisin sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətən və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci ilin dekabrın 16-da “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarını qəbul etməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir.
Ulu öndərimiz Müstəqil Azərbyaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, birgə neft kontraktları nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac neft-qaz kəmərlərinin fəaliyyəti bölgədəki inkişafa öz töhfəsini vermiş və verməkdədir.
Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Türkiyə öz səylərini əsirgəmədiyini beynəlxalq aləmdə dəfələrlə söyləmiş, ölkəmizə qardaşlıq dəstəyini göstərəcəyini bəyan etmişdir.
2020-ci ilin 27 sentyabrından noyabrın 9-dək 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız qələbədə Türkiyə dövlətinin xüsusi payı olduğunu xalqımız və ölkə başçımız dəfələrlə qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vərkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci ilin iyun ayının 15-də imzalanmış “Şuşa bəyannaməsi” ilə ölkələrimiz arasında münasibətlər ən yüksək zirvəyə çatıb. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyi və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb.
Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri zaman keçdikcə daha da möhkəmlənəcəkdir.
Zəkiyə Hacıyeva
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}