Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...


Azərbaycanda vəzifə cinayətlərinə görə həbs edilən məmurların çoxu həbsxana həyatına uyğunlaşa bilmir. Təcrübə göstərir ki, bu kateqoriyadan olan məhkumların əksəriyyəti qısa müddət ərzində kameranı müalicə müəssisəsinə dəyişir. Bir vaxtlar mühüm qərarlar verən həmin şəxslər, nədənsə dəmir barmaqlıqlar arxasında aciz qalırlar. Kimsə zamanla bu vəziyyətlə barışır, digəri həyatın sərt üzünü qəbul edə bilmir.

Bu səbəbdən təkcə bu il ərzində bir neçə keçmiş vəzifəli şəxs cəzasını belə çəkmədən həyatını itirdi. Onlardan bəziləri ömürlərinin axırını şərti azadlıqda keçirsə də, digərləri həbsxana kamerasından sonra yalnız xəstəxana palatalarını görə bildi.

Sozcu.info son illərdə məhkum statusunda ölən keçmiş vəzifəliləri yada salır:

Nizaməddin Quliyev

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX tərəfindən həbs edilən icra başçılarındandır. 9 il həbs cəzası verilən Quliyev dörd divar arasında qalmaqla barışa bilmədi. O, hökmü qanuni qüvvəyə minməmiş vəfat etdi.

Qoca Səmədov

Yevlaxın eks-icra başçısı Qoca Səmədov da taleyin sınağından çıxa bilmədi. Keçmiş icra başçısı xəstəliyi ilə bağlı vaxtından əvvəl şərti azad edildi, lakin qısa müddət sonra vəfat etdi.

Bu siyahı bir daha göstərir ki, nə vəzifə, nə pul insanı ölüm qarşısında toxunulmaz edə bilir. Həbsxana və xəstəxana divarları arasında hər kəs taleyin sərt hökmünə məhkumdur.



Oxşar Xəbərlər

Xəbər lenti