8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ölkədə son vaxtlar müşahidə olunan iqtisadi aktivlik hələ ki, əhalinin əmak haqlarına ciddi təsir etməyib.
Sozcu.info fed.az-a istinadən bildirir ki, Azərbaycanın rayonlarının əksəriyyətində əmək haqqı hələ də olduqca aşağı səviyyədə olaraq qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, aprelin 1-ə ölkə üzrə orta aylıq əmək haqqı 532,4 manat təşkil edir.
Artım Bakının hesabınadır
Amma rəqəmlərlə tanış olduqda aydın olur ku, ölkə üzrə orta aylıq əmək haqqının 500 manatan yuxarı olması bütünlüklə Bakı şəhərinin hesabına baş verib. Belə ki, DSK-nin məlumatına görə, Bakıda orta aylıq əmək şaqqı 779,4 manat və ya təşkil edir. Məhz paytaxtdakı yüksək maaş bütün ölkə üzrə ümumi göstərici yaxşılaşıdırır. Ölkənin digər şəhər və rayonlarında isə orta aylıq əmək haqqı nəinki Bakıdakı göstəriciyə yaxın deyil, heç 500 manata da çatmır. Əksinə, son rəsmi məlumatlara görə, ölkənin cəmi 3 rayon və şəhərində maaşlar 400 manatdan yuxarıdır. Bunlar Şirvan (435,7 manat), Gədəbəy (426,4 manat) və Sumqayıtdır (423,4 manat).
Varlı rayonların kasıb əhalisi
Hətta ölkənin ikinci ən böyük şəhəri sayılan Gəncədə də maaşlar 400 manata çatmır – 355,9 manat. Son vaxtlar böyük iqtisadi aktivliyin olduğu bildirilən Mingəçevirdə orta maaş cəmi 306,1 manat, ölkənin turizm mərkəzinə çevrilməkdə olan Şəkidə isə ümumiyyətlə 274 manatdır. Hətta Azərbaycanın ən imkanlı şəxslərinin istirahət etdiyi, onlarla hotel və istirahət mərkəzlərinin yerləşdiyi Qəbələdə maaşlar 330 manat, İsmayıllıda 275 manat, ən aktiv kənd təsərrüfatı rayonlarından biri olan Bərdədə cəmi 260 manatdır.
Beləliklə, yuxarıda deyildiyi kimi 32 rayonda maaşlar 300 manatdanaşağıdır. Bunlar Xızı (268 manat), Tovuz (261 manat), Balakən (267 manat), Zaqatala (262 manat), Beyləqan (258 manat), Ağcabədi (254 manat), Bərdə (260 manat) və başqalarıdır.
Ən kasıb rayonlar
Bəzi rayonlarda isə əmək haqqı 250 manatdan da aşağıdır. Bunları haqlı olaraq ölkənin ən kasıb rayonları adandırmaq olarö Həmin rayonlar aşağıdakılardır: Ağdam – 242,4 manat, Ağdaş – 248,5 manat Zərdab – 249,2 manat Tərtər – 249,9 manat Qax – 251,9 manat Maaşları 300 manatdan artıq olan rayonlar
Azərbaycanın 27 rayonunda isə maaşlar 300-400 manat arasındadır. Bunlardan Qazax (302 manat), Daşkəsən (321 manat), Göygöl (304 manat), Cəlilabad (303 manat), Yardımlı (303 manat), Naftalan (351 manat), Siyəzən (386 manat) və başqalarını qeyd etmək olar.
Əhali niyə Bakıya axışır?
Son zamanlar tez-tez səslənən sualın cavabı məhz bu rəqəmlərdən ortaya çıxır. Hər halda aşağı əmək haqqı və qazanc imkanlarını az olması bölgə əhalisinin bir hissəsini paytaxta gəlməyə vadar edir. Statistika komitəsinin məlumatına görə, hazırda ölkədə 37,3 min artıq işsiz statusu alan şəxs var. Onların yalnız 5,5 min nəfəri işsizlikdən sığopta ödənişi alır. Həm rəsmi işsizlərin.Həm də sığorta ödənişi alanların yarıdan çoxu Bakı şəhərindədir – müvafiq olaraq 19,1 min nəfər və 3 min nəfər.
Ən çox işsizin olduğu rayonlar
Komitənin məlumatı ölkədəki işsizlərin hamısının sayını əksə etdirməsə də (çünki burada rəsmi qeydə alınan işsizlərin sayı göstərilib – FED.az) ümumi mənzərəni əks etdirir. DSK-nin məlumatlarına görə, Bakıdan sonra ölkədə ən çox işsiz Sumqayıt (1249 nəfər), Bərdə (1220 nəfər), Mingəçevir (1371 nəfər), Kəlbəcər (893 nəfər), Ağdam (756 nəfər), Hacıqabul (650 nəfər), Göyçay (598 nəfər) və Gəncə (793 nəfər)şəhərlərindədir.