8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cənnət anaların ayaqları altındadı...
Bu ifadə Azərbaycanın əsrlərlə formalaşan milli-mənəvi şüur və ailə instetutunda möhürlənərək öz yerini tutub. Məşhur aforizm cəmiyyətimizdə valideynlərimiz tərəfindən həm öyüd-nəsihət, həm avtoritarlıq, həm də öz əməllərinə bəraət olaraq daim əllərində silah tutmuşdular.
Yuxarıdakı ifadə İslam rəsulu Muhəmmədə məxsusdur. Lakin dahi şəxsiyyətin bu deyimi bizlərə əsrlərdir təhrif olunaraq çatdırılıb.
Əvvəla qeyd edim ki, tarixin ən nəhəng şəxsiyyətlərindən olan Muhəmməd heç vaxt boş-boşuna, söz xatirinə birdən-birə qalxıb aforizmə çevriləcək söz deməyib. Ikincisi, haqqında söhbət açdığımız ifadə bir söhbətin sonudu. Beləki, bir gün səhabələr və möminlər Allah rəsulunun yanına gələrək, ondan soruşurlar ki, "uca Yaradan və onun dini-kitabından sonra, yerdə kimi daha çox sevək, hörmət edək?” . Peyğəmbər də onlara hər dəfəsində ananız deyir, sonra isə "cənnət yaxşı anaların ayaqları altındadı” cümlə ilə cavabını yekunlaşdırır. Çox təsüflər olsun ki, bizim cəmiyyətdə hər uşaq dünyaya gətirənə, hətta həmin şəxslər məişət pozğunları, qadın alveri, ev yıxan, ümumulikdə bütün fahişə ruhlu insanların hamısına da bu ifadə şamil olunur. Peyğəmbərin təkallahlılıqdan sonra ən çox dilindən çıxan ifadə əxlaq, əxlaqi dəyərlər, öz əxlaqını təmiləyib, gözəlləşdirməm üçün cihad və s. bu kimi ifadə-sözlər olmuş, insanları da əxlaqa çağırmışdı. O böyük şəxsiyyət heç vaxt sözün hər mənasında əxlaqsız, analıq hislərindən uzaq olan qadınların ayaqları altında cənnəti, vəd edə bilməzdi!
Biz hələ də o düşüncədəyik ki, övlad dünyaya gəirən istənilən qadın anadı. Həyat bizlərə bunun yalan olduğunu dəfələrlə sübut etmişdir, edir, edəcəkdə. Bir müdrik demişkən: analıq hissinin, məhəbbətinin gücü sonsuzdur, bütün növ hisslər, məhəbbətlər onun yanında itir. Bəli, bəşəriyyət qarşısında qadının ən böyük borcu övlad dünyaya gətirmək, ona düzgün təlim-tərbiyə verərək, bəşəriyyəti dahilərlə zənginləşdirməkdi. Amma çox təsüflər olsun ki, biz qeyd etdimiz misiyanı həyata keçirən qadınlarlarla, dünyaya hər övlad gətirərək, onun sonrakı məsuliyyətini daşımayaraq, körbələri bədbəxt, miskin, degenerat, mənəvi yoxsul böyüdən, övladlarını pula, 5 dəqiqəlik cinsəl tələbatına sataraq həm onları, həm də cəmiyyəti zəhərləyən qadınları da eyni sıraya qoyur, bəzən isə onları layiq olmadıqları halda daha üstün tuturlar. Hətta bugün cəmiyyətimizdə FreeChild (uşaq dünyaya gətirməyən, gətirən qadınlara da aşağılıq gözündən baxanlar), feminist, lezbiyan kimi murdarlara müasir, aristokrat, proqresiv, nümunəvi "qadın” obrazında təqdim eləyən bişərəflər də az deyil. Hələ mən günbəgün dağılan ailələrdən söhbət eləmirəm. Artıq Azərbaycanın ailə instetutu dağılıb, sadəcə bu dağıntılar içərisində möhkəm hisəciklər bizə az da olsa təsəlli verir. Bu hissəciklər milli-mənəvi dəyərlərimizi yaşadan möhkəm ailələrdi.
Rəşid müəllim demişkən bizim arımızı, namusumuzu çəkən o ruslar imiş. Rəşid müəllim çox haqlı vurğulayır, vaxt var idi, keçmiş ittifaqda ən möhkəm ailələr başda biz olmaqla bütün türk-müsəlman ölkələriydi. Eləki, yenidənqurma başladı, hansı ki, biz bu yenidənqurmaya əvvəlcə türk serialları, şou-maqazin proqramalarını, son 15 ildə isə Qərbin fahişə, homoseksual demokratiyasını əlavə etdik. Adını da qoyduq tolerantlıq, multikulturalizm. Qadınların xanımlıqlarını, əxlaqlarını, iffətini itirərək, hər tində-bucaqda oynaşları ilə "kamasutra” da belə olmayan şəhvətlərin dadını çıxarmaq, eləcə də bütün murdarlığa baş vurmalarını "öz hüquqlarını diqtə edən azad qadın”, "müasir qadın”, "qadınhəmrəyliyi”; kişilərin narkoman, əyyaşlıq etmələrini, xanımı ilə körpə uşaqlarını ataraq kişibazlığa yol almaları, pederast təkilatlar yaradaraq bu oriyentasiyanın normal bir şey olduğunu bağıraraq bəyan etmələrini və s. bu kimi iyrənclikləri demokratiyanın rəngarəngliyi, prinsipi; multikulturalizm adlandırdıq.
Qərb "demokratik” imperializmini uğurla həyata keçirərək, genofondumuzu dağıtmaq üçün Rövşanə Bektaşiləri, xöşqədəmləri, zaurları, günayları, və digər bu kimi murdar həşəratları içimizə yeridib televiziya verlişlərində, sosial şəbəkələrdə vəzifələr verərək, mənəviyyat pasportumuzu yerlə yeksan etdilər, edirlər, edəcəklər də.
Yuxarıda sadaladıqlarımın nəticəsində artıq Azərbaycanda boşanmalar rekord həddə çatıb. İstər MDB istərsə də müsəlman dövlətləri içərisində bizlər ailə dağılmalarına görə ilk səkkizlikdədi. Son 17 ildə Dövlət Statistika Komitəsinin istinadən verdiyi məlumatlara nəzər salaq:
İllər
Nikah
Boşanma
2000
39 611
5478
2001
41 861
5382
2002
41 661
5738
2003
56 091
6671
2004
62 177
6914
2005
71 643
8895
2006
79 443
7817
2007
81 758
8340
2008
79 964
7933
2009
78 072
7784
2010
79 172
9 061
2011
88 145
10 747
2012
79 065
11 087
2013
86 852
11730
2014
84912
12 088
2015
68773
12 764
2016
66800
13 100
2017
62923
14 514
Hələ bu rəsmi rəqəmlərdi, qeyri-rəsmi statistikada rəqəmlər daha çoxdu. Bu cür "inkişafı” nəzərə alsaq 2018-ci ildə rəqəmlərin daha da artaçağı şübhəsizdi. Qısası son illərdə hər 4-cü nikah boşanma ilə nəticələnir. Bu göstəricilər biz türklər üçün utanc verici, hətta olüb yerə giriləsidi haldı desək daha doğru çıxar. Nə isə...
Ana sevgisinin, qayğısının ən pik həddi fədakarlıqdı. Bu fədakarlığ instinkdi yalnız insanlar da deyil, heyvanlar da vardır. Ən qorxaq heyvan olan dovşanın körpəsini qorumaq üçün şirə dönüb parçalanacağını bilə-bilə pələng, leopard, aslan kimi yırtıcıların üstünə şığıması, eləcə də, yuvadakı yumurtalarının içərisində formalaşan körpələrini qorumaq üçün göyərçinin qartal tək ruhlanıb yırtıcı quşların üzərinə atılmasını da misal çəkə bilərik.
Lakin şüursuz, idraksız hesab elədiyimiz istənilən heyvanların belə edə bilməyəcəyini ana adlandıra bilməyəcəyim ikiayaqlı "qadın” cildində olan yırtıcılar həyata keçirirlər. Bu ikiayaqlı "yırtıcıların” şikarı yeni dünyaya gətirdikləri körpələridi. Körpələrin qanına susamış "yırtıcılar” sinfinin bəzilərini diqqətinizə çatdıraq.
Syuzan Dayan (ABŞ)
Əri bu ikiayaqlını tərk etdiyi üçün o, qisas planı hazırlayır. Lakin bu qisasın qurbanı əri deyil, 4 övladı olur. 1997-ci ilin 26 oktyabr gecəsi bu yırtıcı övladları Brendonu(14 yaş), Ostini(7 yaş), Brihemi(6 yaş), Matveyi (4 yaş) soyuqanlıqla güllələyir. Törətdiyi cinayətə görə ona edam hökmü çıxarılır.
Frensis Nyuton (ABŞ)
21 yaşlı bu "cani” əri Adrianı, 7 yaşlı oğlu Altonu, 21 aylıq qızı Farranı amansızlıqla öldürür. Hadisə 1987-ci il aprelin 7-də Texas şəhərində baş verir. Uzun sürən istintaqdan sonra 2005-ci ilin 14 sentyabrında F.Nyutonu edam edirlər.
Andrea Yeyts (ABŞ)
20 iyun 2001-ci ildə Hyuston şəhərində 5 uşağını (ən böyüyü 6 yaşında, balacası isə 7 aylıq) vannada boğaraq həyatlarına son qoyur. Əməlini ilahə qüvvələrdən aldığı vəhlərlərin təsirindən törətdiyini bildirmişdi. Lakin məhkəmə ona ədalətli edam hökmü yox, psixiatrik klinikaya müalicəyə salınaraq müalicə olunması haqqında hökm çıxarmışdı. Bu qatil haqqında hətta Trivium metal qrupu mahnı da bəstələmişdi.
Lianna Smit (Britaniya)
Bu yırtıcı britaniyalının əri Martin Smit pedofillikdə günahlandırılaraq həbs olunur. Bu hadisədən sonra L.Smit uşaqları ilə birlikdə İspaniyanın kurort şəhəri olan Lyuoret-de-Maraya səyahət edir. Lakin adı çəkilən şəhərdə L.Smit istirahət edən turist əvəzinə övlad qatili kimi ad çıxarır. 17 may 2010-cı ildə həmin şəhərin "Miramar” otelində 5 yaşlı qızı Rebbeka və 11 aylıq oğlu Danili boğaraq öldürür. Bu cinayəti ərinin tutulmasına etiraz olaraq etdiyini bildirmiş və əlavə etmişdi: əgər bu uşaqlar olmasa idi, ərim heç vaxt pedofil olmazdı. İspaniya məhkəməsi bu canini 30 il azadlıqlda məhrum etmə cəzasına məhkum etmişdi.
Diana Dauns (ABŞ)
Oynaşının etirazına görə bu ikiayaqlı "yırtıcı” 1983-cü ilin yazında 3 övladını öldürmək üçün meşəyə apararaq gülləyə tutmuşdu. Nəticədə 7 yaşlı qızı Şeril yerindəcə keçinmiş, 8 yaşlı qızı Kristi bədənin bir hissəsi paraliç olaraq, nitqini itirmiş; 3 yaşlı oğlu Denni isə aldığı yara nəticəsində qurşaqdan aşağı paraliç olmuşdu. Övladlarının canına susamış qatilə ömürlük azadlıqdan məhrum etmə cəzası ilə mükafatlandırılmışdı.
Debra Jan Milke (ABŞ)
Bu yırtıcı oynaşları olan Cems Stayers və Rocer Skotla rahat "sevişmək” üçün balaca oğlu Kristoferdən can qurtarmaq qərarına gəlir. Oğluna ölüm hökmünü özü çıxartsa da, hökmü icra etməyi oynaşları öz üzərlərinə götürürlər. Beləliklə, 1989-cu ilin yayında onlar uşağı səhraya apararaq boynuna 3 güllə vuraraq yataq "mələyinin” hökmünü icra edirlər. Bu cinayətlərinə görə ehtiras yırtıcısı və oynaşları edam cəzasına layiq görülürlər.
Kenişa Berri (ABŞ)
Bu qaradərili yırtıcı 1998-ci ildə yeni doğulmuş 4 günlük oğlunun ağzını, əllərini skoçlayaraq polietilen salafana qoyub zibilliyə atmışdı. Bir müddət sonra polis əməkdaşları uşağın zibillikdən meyidini tapsalar da uşağın kimə məxsus olmasını və qatili tapa bilmirlər. 2003-cü ildə K.Berri yenidən cinayətə əl atır. O, yeni doğulan qızını su kanalına atır, lakin xöşbəxtlikdən yoldan keçən birisi uşağı xilas edir. K.Berri həbs olunur. 2004-cü ildə məhkəmə onun edamına hökm çıxarsa da, tezliklə qərar ömürlük həbs cəzası ilə əvəz edilir.
Syuzan Smit (ABŞ)
Cənubi Karolinada 25 oktyabr 1994-cü ildə bu cani 3 yaşlı Maykl və 1 yaşlı Aleksandr adında oğullarını idarə etdiyi avtomobil ilə birlikdə gölə qərq edərək, onlardan canını qurtarır. Bu əməli sevgilisinə qovuşmaq üçün etdiyini bildirmişdi. Məhkəmə qərarı ilə ömürlük azadlıqdan məhrum edilir.
Vanetta Hoyt (ABŞ)
Bu yırtıcı 1965-1971-ci illərdə 5 uşağını boğaraq qətlə yetirib. Qətlində səbəbi o idi ki, uşaqların ağlaması, qışqırması onu təngə gətirmişdi. V.Hoytu yalınız 1995-ci ildə həbs etmək mümkün olur. Onu ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum etsələr də, 1998-ci ildə o, həbsxanada xərçəng xəstəliyindən vəfat edir.
Meri Nou (ABŞ)
Bu körpə qanına susamış cani 1949-1968-ci illər ərzində 8 körpəsini öldürmüş, eyni zamanda o, həm istintaq orqanlarını, həm də səhiyə işçilərini aldadaraq, uşaqların xəstə doğulmaları, doğuş zamanı ölmələri kimi yalanlarla 30 il aldada bilir. Qətlə yetirilən körpələr ən böyüyü 14 aylıq, ən kiçiiyi isə 5 günlük olur. 1998-ci ildə yenidən istindaq başladılır ki, nəticədə M.Nounun cinayətlərinin üstü aşılır. O, 20 il azadlıqdan məhrum edilir.
Meribet Tinninq (ABŞ)
Bu vampirdə körpə qanı sormaq işdahı ilə ad çıxarıb. O, 1972-1987-ci illər ərzində 9 uşağından 8-ni qətlə yetirir. Öldürülən körpələrin hamısının yaş həddi 1 və daha az idi. 1987-ci ildə ona törətdiyi cinayətlərə görə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilir. M.Tinninq 6 dəfə vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı iddia qaldırılsa da hər dəfəsində imtina cavabı alır.
Kxua Xö (ABŞ)
Tailand əsilli amerikan vətəndaşı olan 24 yaşlı K.Xö 3 sentyabr 1998-ci ildə 5 yaşdan 11 yaşa kimi olan 6 uşağını amansızlıqla boğaraq həyatlarını son qoymuşdu. Etdiyi əməlinə görə 50 il azadlıqdan məhrum edilmişdi.
Bu cür misli görünməz vəhşiliklər şimal qonşumuz olan Rusiyada da baş verib. Bir neçə faktı misal gətirək.
2000-ci ildə Kursk əyalətinin Kurçatov şəhərində dəmiryol stansiyası yaxınlığında yerləşən meşədə 8 və 5 yaşlı oğlan uşaqları meyidi aşkarlanır. Bir neçə ay istintaq aparıldıqdan sonra qatilin uşaqların anası Yelena Paşayeva olduğu üzə çıxır. Uşaqlarının həyatına son qoymağı, azərbaycanlı sevgilisi İbrahimov Razimlə birgə xöşbəxt yaşamaq üçün etdiyini bildirmişdi. Beləki, azərbaycanlı "sevgilisi” onu uşaqlı halda qəbul etməyəcəyini açıq bildirmişdi. Ən maraqlı məqamda odur ki, cinayəti həyata keçirən zaman Yelena 7 aylıq hamilə olub (azərbaycanlı romeosundan ). Kurçatov şəhərinin əhalisi qəzəbə qəldiyindən, övlad qanına susamış yırtıcını öz əlləri ilə parçalamasından ehtiyyat edən hüquq-mühavizə orqanları onun mühavizəsini xeyli gücləndirmişdilər. Övladlarını oynaşıyla xöşbəxt yaşaması uğrunda qurban verən Y.Paşayeva 15 il azadlıqdan məhrum etmə cəzasıyla həbsə salınır. Həbsə dünyaya gətirdiyi qız övladı da əlindən alınaraq analıq hüququndan məhrum edilir.
2009-cu ildə Perm şəhərində Tatyana Raqojnika adlı "qadın” 3 uşağı olmasına baxmayaraq, daha layiqli həyat yaşamaq üçün ərindən ayrılaraq, Vladimir Ponomoryov adlı daimi işi olmayan bir əyyaşla izdivaca başlayır. Amma həm "ana” həmdə yeni "ər” uşaqlara qarşı mənəvi zorakılığa başlayır. Övladlar içərisndə ən kiçik olan Vladislav isə xüsusi amansızlıqlara məruz qalır. Atalığından çox doğma "anası” uşağına qarşı daha qəddar mövqe tutur. Bunun səbəbi uşağın xarakter və görkəmcə öz doğma atasına oxşaması idi. Uşağ fiziki zorakılığa məruz qalmaqla yanaşı, həm də əl-qolu bağlanıb, ağzı skoçlanaraq evin zirzəmisinə atılır. Bu cür hal uşağı hədsiz dərəcədə zəiflədir. Sonda ev sahibləri uşağın səsinin çıxmayaraq uzanıqlı vəziyyətdə qalmasından ehtiyyat edərək, rəhmə gəlib təcili tibbi yardım çağırırlar. Təyinat başına çatmış tibb personalı uşağın vəziyyətini görərək, şoka düşür və ilkin tibbi yardımdan sonra dərhal reanimasiya təcili yardımı çağırırlar. Xəstəxanada həkimlər uşağın həyatını xilas etmək üçün 2 saat əllərindən gələni etsələr də, 8 yaşlı Vladislavı xilas etmək mümkün olmur. Sonrakı ekspertiza nəticəsində bəlli olur ki, uşaq öz yaşına görə inkişafdan hədsiz dərəcə geri qalmış, üst çənəsində öz-özlüyündə bitişmiş sınıq aşkarlanmış, eyni zamanda uşaq 2 sutkadan çox qidasız qalıb, xarici və daxili orqanlarında zorakılıqlar faktları aşkarlanıb, hətta son 10 saat ərzində də zorakılıq halları davam edib. İstintaq zamanı həm "ana”, həm də onun oynaşının Vladislava qarşı etdikləri zorakılıqları boyunlarına almışdılar. Məhkəmənin qərarı ilə Tatyana Raqojnikova 20 il, oynaşı Vladimir Ponomoryov 19 il 2 ay azadlıqdan məhrum ediliblər.
Rusiyada son əks-səda verən belə hadisə 25 aprel 2018-ci ildə Nijni Novqorod şəhərində baş verir. Azərbaycanlı oğlanla ailə həyatı quran Elena Kərimova (bəzi məlumatlara görə özünün də azərbaycanlı olduğu bildirilir) rahat tətil keçirmək üçün 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı boğaraq öldürür, sonra isə yandırır. İstintaq hələ də davam edir.
Əziz oxucular heç də "Allaha şükür ki, bizdə bellə hallar yoxdu” "Allahda bizdən uzaq eləsin” deyərək keçməyin çünki biz (əksəriyyət) hər iyrəncliyi müasirlik, demokratiya hesab edərək Qərblə ayaqlaşdığımız kimi uşaq qatilliyində də rəqabət apara bilirik. Mən son illərdə baş verən bir neçə hadisəni misal çəkəcəm.
2015-ci ildə Azərbaycanda 3 belə vəhşilik baş verir. Bakının Sabunçu qəsəbəsində yaşayan 27 yaşlı Nəsibə Qurbanova 3 yaşında Ayan və 10 aylıq Ayşən adlı qızlarını boğaraq öldürür; Gəncənin "beş yol” adlanan ərazisində də Sədaqət Babayeva 1 və 3 yaşlı uşaqlarına qarşı soyqrım planı həyata keçirərək, körpələrin boğazlarını üzür. Lənkəranda da Sevinc Bayramova 2 yaşlı oğlu Məhəmmədi yastıqla boğaraq canını alır. Onların hər biri bu addımı daha rahat yaşamaq, uşaqlarından bezdikləri üçün etdiklərini bildirmişdilər.
2016-cı ildə Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanında yaşayan Nazilə Qulubəyova 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq öldürür. Etdiyi əməli oğlunun canından "pis ruhları” çıxarmaq üçün etdiyini bildirmişdi. Həmin ilin fevralında isə Gəncədə Mətanət Hüseynova 9 aylıq körpəsi Elmiri quyuya ataraq həyatına son qoyur.
2017-ci ildə Qusarın Hill kəndində Gülnarə Saypullayeva 5 yaşlı qızı Luiza Saypullayevanı zəhərləyərək öldürür.
Yüzlərlə misallar gətirmək olar, amma lüzum görmürəm. Hələ mən bu siyahıya ana bətnində qətlə yetirilən abort cinayətlərindən danışmıram, eyni zamanda üzə çıxmayan qətilləridə siyahıya daxil etmirəm.
O yerdəki insanlar var ağıla gəlinməyən cinayətlərin baş verməsidə qaçılmazdı. Lakin bu cür cinayətlərin periodik və artma şkalası ilə baş verməsi böyük fəlakət deməkdi. Biz həqiqət ABŞ "demokratiyasını” gözəl təqlid edə-edə inkişaf edirik. Çünki yalnız ABŞ və Avropa "demokratiyasında” ilk olaraq əclafların, amansız qatillərin, sodomazaxistlərin, nekrofillərin, mizantropların, homoseksual və digər azlıqların hüquqları geniş şəkildə qorunur. Yalnız onları layiqli hüquq-azadlıqlarla silahlandırdıqdan sonra digər insanların hüquqları nəzərdən keçirilir.
Bəli ABŞ-ın 38 ştatında ölüm hökmü var və tətbiqdə edilir. Lakin heç də bütün caniləri edam etmir və ya edam cəzası lazımi effekt vermir. Çünki ən acımasız qatillər belə lazımınca ictimai qınağa məruz qoyulmur, eyni zamanda onların hüquq-azadlıqları dəyərli bir insanlar kimi son dərəcə güclü qorunur. Xüsusi amansızlıqla, həzz alaraq, şəxsi kefi üçün övladlarının həyatına son qoyan ikiayaqlı yırtıcılara haqq verilə bilməz. Bəyənmədiyimiz ÇİN, Yaponiya KXDR, Vyetnam, Tayland, Hindistan İndoneziya, İran, Pakistan, Səudiyə Ərəbistanı, Belorusiya və digər ölkələrdə tətbiq olunan edam cəzaları yuxarıda qeyd etdiyimiz xüsusi amansızlıqla törədilən cinayətlərlə bağlı daha çox effekt verir, nəyinki ABŞ-da. Çünki adı çəkilən ölkələrdə insanları "ey insan sən hər etdiyində azadsan, hətta qanunları kobud şəkildə pozsan belə sənin hüquqların tam şəkildə qorunacaq” kimi şüarlarla degenerat böyüdülmür.
Mövzudan kənarda olsa müqayisə aparaq. Əgər Hollandiyada leqal olaraq narkotiklər apteklərdə satılaraq insanların məhvinə xidmət edirsə və bu seçim azadlığı, demokratiya adlandırıldığı, halda Çində kiminsə cibində bir dozalıq narkotik maddə tapılırsa 8 il azadlıqdan məhrum etmə, iki dozalıq maddə aşkarlandığı halda məhkəmə qərarı ilə xalqın gözü qabağında stadionda asılaraq edam edilir. Hər il orta hesabla 42-45 nəfər(rəsmi) Çin-də bu cür edam olunur. Hollandiyada isə əksinə hər il yüzlərlə insanlar narkotik maddələrə müraciət edənlər artır ki, bu da həm insan sağlamlığını, həm demoqrafiq disbalansın pozulmasına, həm də işçi qüvvəsinin çatışmamazlığı ilə nəticələnir. Çin isə bu cür qlobal problemlərə məruz qalmamaq üçün narkoman parazitləri özü məhv edir və düz edir.
Əgər bizlərdə övladlarını amansızlıqla qətlə yetirən yırtıcıları stadionlarda böyük kütlə qarşısında başını gilyotində bədənindən ayırsaq və ya 4 hissəyə şaqqalasak daha effektli olar.
Sonda bu yazımla Azərbaycan xalqına müraciət edirəm:
Oyan ey yatmış xalq!
Hər uşaq dünyaya gətirən ana deyil, uşaq dünyaya gətirərək, sonradan onu zibil qutusuna atılan əşya kimi lazımsız hesab edərək məhv edənlər "qadın” deyil, qadın cildində olan yırtıcıdır.
Cənnət hər ananın ayağı altında deyil, ən müqəddəs, saf hislərini 5 dəqiqəlik şəhvətə, istirahətə, komfortuna qurban verərək ayaqları ilə cənnətin qapılarını bağlayıb, əlləri ilə cəhənnəm qapılarını qıraraq açan "ana” cildinə girmiş iblis aşiqləri də vardır.
Abdulla İsmayıloğlu