29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Məşhur kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib. Bu barədə virtualaz.org-a Bakı hava limanındakı mənbələr məlumat verib.
Lotu Qulinin Bakıya gəlişinin səbəbləri məlum deyil. Daha öncə o, Türkiyədə, BƏƏ-də və Albaniya ərazisində yaşayıb.
Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən artıq vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Həbs olarkən, N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.
Ötən ilin oktyabr ayının 24-də Q1aradağ Rayon Məhkəməsi vəkilin Lotu Qulinin cəzasının şərti olaraq dəyişdirilməsi ilə azadlığa buraxılması barədə vəsatətini təmin edib.