Bu gün, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
Azadlığa çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçən "Lotu Quli” ləqəbli "qanuni oğru” Nadir Səlifov burada çox qala bilmədi.
Sozcu.info yenicag.az-a istinadən xəbər verir ki, onun fəaliyyətindən narahat olan Türkiyə hökuməti Səlifovu ölkədən çıxararaq onu arzuolunmaz şəxs elan edib.
İstanbuldan Dubaya yollanan "Lotu Quli”nin hazırda Rusiyanın Sankt-Peterbuq şəhərində olduğu ehtimal edilir. Lakin burada Səlifovun işləri qaydasında getməyə bilər. Məsələ burasındadır ki, 2016-cı ildə İstanbulda qətlə yetirilən digər azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olan Hacı Beyləqanski də məhz sözügedən şəhərdədir. Bu səbəbdən onların tezliklə qarşı-qarşı gələcəyi istisna deyil.
Bu arada Yenicag.az "Lotu Quli”nin Türkiyədən çıxarıldıqdan sonra çəkilmiş videosunu əldə edib. Videodan göründüyü qədəri ilə Səlifov məkanların birində öz yaxınları ilə bir masa ətrafında yığışıb.