8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İqtidar cəbhəsində gərgin günlər yaşanır
Dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli Qərarını və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli Qərarını nəzərə alaraq prezident Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq beşinci çağırış Milli Məclisin buraxılşı və Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilməsinə qərar verilməsi öz əksini tapıb.
Beləliklə də bu sərəncamla erkən parlament seçkilərinə start verildi. Mərkəzi Seçki Komissiyası isə özünün 7 dekabr 2019-cu il tarixli, 15/60 saylı Qərarı ilə növbədənkənar seçkilərin hazırlanması və keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq etdi. Bu təqvim planına görə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinin son tarix olaraq səsvermə gününə ən аzı 30 gün qalmış müəyyən olunub. Bu isə o deməkdir ki, yanvar ayının 10-na kimi seçkidə iştirak etmək istəyənlər üçün zaman var. Ancaq belə görünür ki, siyasi partiyaların heç də hamısı seçkidə iştirak etmək niyyətində deyil. Bəziləri isə seçkidə iştirak üçün müəyyən şərtlər irəli sürüblər.
Seçkidə bir mənalı iştirak edəcək partiyalar arasında hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı bir sıra iqtidar yönlü partiyalarla bərabər müxalif Müsavat Partiyası və ReAL Partiyası da növbədənkənar parlament seçkilərinə qatılacaqlarını açıqlayıblar.
Müxalifət düşərgəsinin ən böyük birliyi hesab olunan Milli Şura isə növbədənkənar seçkidə iştirak üçün bir sıra tələblər irəli sürüb. Həmin tələblərin əksəriyyəti seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı olduğu üçün iqtidarın bu şərtləri qəbul edəcəyi mümkün görünmür. Müxalifətin bir hissəsinin seçkidə iştirak qərarı isə hakimiyyətin əl-qolunu daha da açır. Buna görə də tam əminliklə demək olar ki, hakimiyyət heç bir güzəştə getməyəcək.
İqtidarda onu da anlayırlar ki, Müsavat və ReAL Partiyalarının seçkilərə qatılmaq qərarı müxalifət düşərgəsində situasiyanı bir qədər də mürəkkəbləşdirəcək və hakimiyyətə qarşı vahid cəbhənin yaranmasına imkan verməyəcək. Müxalifət düşərgəsində qarşılıqlı ittihamlara yenidən start verilməsi iqtidarın gümanlarını da təsdiq edir.
Parlamentin beynəlxaq aləmdə legitimliyinin qəbul olunması üçün mühüm faktor olan müxalifətin seçkidə iştirakı artıq təmin edildiyi üçün iqtidar seçkini tam rahatlıqla keçirə bilər.
Erkən parlament seçkisi müxalifəti parçaladığı kimi,iqtidar cəbhəsində də vəziyyət dəyişib. Fəaliyyətinə vaxtından əvvəl xitam verilmiş Milli Məclisdə iqtidarı təmsil edən bəzi deputatlar yeni parlamentdə təmsil olunmaqda iddialıdırlar. Halbuki, Milli Məclis məhz onlardan təmizlənmək üçün buraxılıb. İndi həmin şəxslərin yenidən parlamentə düşmək niyyətləri iqtidar cəbhəsindəgərginlik yaradır. Məlumata görə, buraxılmış Milli Məclisdə 1 saylı Şərur-Sədərək seçki dairəsini təmsil edən Vasif Talıbov, 2 saylı Şərur seçki dairəsindən deputat İsa Həbibbəyli, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat Səttar Möhbalıyev, 4 saylıNaxçıvan şəhər seçki dairəsindən deputat Eldarİbrahimov, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat Siyavuş Novruzov və 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən deputat Qüdrət Həsənquliyev yenidən parlamentdə təmsil olunmaqda iddialıdırlar. Məlumata görə Naxçıvan Muxtar Respublikasını Milli Məclsidə təmsil edən 7 deputatdan yalnız biri, 6 saylı Culfa-Babək Seçki Dairəsindən deputat seçilmiş Ülviyyə Həmzəyeva yenidən mandat qazanmaq iddiasında deyil.
"Yeni Sözçü” qəzetinədaxil olan məlumata görə, altıncı çağrış Milli Məclisdə də təmsil olunmaq iddiasında olan İsa Həbibbəyli,Səttar Möhbalıyev, Eldarİbrahimov və Qüdrət Həsənquliyevin yenidən seçilmək şansları yüksək deyil. Beşinci çağrış Milli Məclisdə 3 saylıBabək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin vəziyyəti isə daha qəlizdir. Məlumata görə Səttar Möhbalıyevin qudası prezidentin sabiq köməkçisi Əli Həsənovun vəzifəsindən kənarlaşdırılmasından sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin hakimiyyətin yüksək dairələrindəmövqeyi kəskin zəifləyib.Səttar Möhbalıyevin bir müddət sonra hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədriliyindən kənarlaşdırılacağı haqqında iddialar var.Belə görünür ki, fevralın 9-da keçiriləcək parlament seçkilərində iqtidar üçün ən çətin məqam Naxçıvanı təmsil edəcək deputatların kimliyi ilə bağlı olacaq. Bu məqam hakim komandanın kadr siyasətinə də ciddi təsir edəcək.
Naxçıvanla yanaşı iqtidarın daha hansı dairələr üzrə namizədlərini dəyişəcəyi ilə bağlı əlavə məlumatlar əldə etməyə və oxucularımıza təqdim etməyə çalışacağıq. Yazıda adları keçən şəxslərin isə möqveyini dinləməyə hazırıq.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti