Faşizm üzərində qələbədə Azərbaycanın rolu

İstinasız olaraq Azərbaycan xalqının bütün nümayəndələri iki il yarım bundan qabaq qazanılmış qələbənin ləzzətini, xöşbəxtliyini bu gün də yaşamaqdadır. Buna bizim haqqımız çatır. Çünki bu, tariximizin ən böyük uğurudur. Ən böyük uğurumuzdur, amma yeganə deyil. Bundan başqa da qələbələrimiz və qələbədə payımız olub.
Payımız olan qələbələrdən biri də faşizm üzərindəqələbədir. Baxış prizmaları dəyişəndən sonra çox, təəssüf ki, bu qələbəyə fərqli yanaşmalar da eşidilməkdədir. Ona görə təəssüf edirik ki, axı faşizm əslində bəşəriyyətə qarşı bir cinayət idi. Təkcə bir fakt qeyd edək: yalnız milli mənsubiyyətinə görə istintaqsız, məhkəməsiz altı milyon insanı qətlə yetirməyə necə haqq qazandırmaq olar axı?
Konkret olaraq öz ölkəmizə gəlincə isə Azərbaycanı – Bakını işğal eləmək Hitlerin başlıca hədəflərindən idi. Unutmayaq ki, mənfur “Edelveys” planının başlıca hədəfi Bakı idi. O Bakı ki, həmin zamanlar SSRİ-də çıxarılan neftin 90%-ni verirdi. O, bir başqa yazının mövzusudur ki, əli silah tutan Azərbaycan kişilərini neft sənayesindəqadınlar və uşaqlar əvəz etmişdilər. Gecə-gündüz demədən çalışan Bakı- Azərbaycan zəhmətkeşləri öz məşəqqətli əməklərinin mükafatını almadılar. Əvvəlki fikrimizə qayıdaq ki, Bakı nefti Almaniyanın, Hitlerin başlıca hədəflərindən idi. Elə bu səbəbdəndir ki, əlaltıları Bakının maketini tort şəklində hazırlayıb “Fürerə” təqdim etmişdilər və o da bundan çox məmnun qalmışdı.
Faşizm üzərində tarixi qələbəyə kölgə salmaq istəyənlərə bircə fakt deyək. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı bu yolda həlak olub. Unutmayaq ki, o insanlar “Vətən” adına ayağa qalxmışdılar. Belə olarsa biz vətən sevgisi kimi müqəddəs bir duyğuya kölgə salmış olarıq. Bir də unutmayaq ki, faşizmin ümumbəşəri bir bəla olduğunu bütün haqsevər, azadlıqsevər, sülhsevər insanlar qəbul edir. Odur ki, deyirik: Ey azadlıqsevər, haqsevər, sülhsevər insanlarBayramınız mübarək!

Kəmalə Məmmədova

Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktoru
sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti