Rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov və MDB ölkələrinin müvafiq orqanlarının rəhbərləri iştirak ediblər. Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir.
Tədbirdə Respublikamızda təhlükəsizliyə və sabitliyə əsas təhdidlərdən sayılan, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə də məlumat verildi.     
Tarixən Azərbaycan xalqının maddi mədəniyyəti çoxsaylı müharibələrdə dağıdılıb, talan olunub və bu proses son zamanlara kimi davam edib. Azərbaycanlıların izlərini Cənubi Qafqazdan silmək niyyəti ilə memarlıq abidələrimiz, qəbristanlıqlarımız ermənilərin əli ilə dağıdılmış, məhv olunmuşdur. Məlumdur ki, ermənilər dövləti və dövlətçiliyi olmayan xalqlardan biri olublar və erməni milli şüurunu əsrlər boyu nəyin bahasına olursa olsun bu dövlətçiliyi əldə etmək ideyası formalaşdırırdı. 
Rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi. Azərbaycan öz ərazilərinin işğalı faktı ilə 30 ilə yaxın müddət ərzində barışmadı, həmin ərazilərin geri qaytarılması üçün həmin müddətdə diplomatik mübarizə də apardı və sonda 44 günlük müharibə ilə torpaqlarını geri qaytardı. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. 
Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan sülh gündəliyi ilə çıxış edərək qarşı tərəfə sülh müqaviləsi imzalamağı təklif etdi. Bu, tarixdə az görülmüş hal olmaqla yanaşı, eyni zamanda bizim humanistliyimizin göstəricisidir. Rəsmi İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, humanistliyimizi qiymətləndirmədi. Ermənistanın Azərbaycanın əvvəlki ölkə olmadığını da çox yaxşı anlamalı, ölkəmizin başında 44 günlük müharibəni qazanmış qəhrəman, dünyada xüsusi yeri olan Ali Baş Komandanı vətəcrübəli, uğurlu, rəşadətli ordusu olduğunu  bilməli, bütünbunları diqqətə alma idi. 
Qurbanəli İslamov
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}