Yüksək dəyərə layiq olan Azərbaycan gəncliyi

2 fevral-Gənclər günü! Bu tarix hər bir Azərbaycan gənci üçün bayramdır. Bu tarixi gənclərə yaşadan, Ulu Öndər Heydər Əliyev cənabları olmuşdur. Heydər Əliyev cənabları hər zaman öz ictimai və siyasi fəaliyyətində gənclərə böyük önəm verirdi. Təsadüfi deyil ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 70-80-ci illərdə olduğu kimitələbələrin bir çoxlarını xarici dövlətlərə oxumağa göndərmiş və bu ənənəyə hər zaman sadiq qaldığını sübut etmişdir.
Mən çox xoşbəxtəm ki, mənim gənclik dövrüm məhz 1995-1996-cı illərə təsadüf edir. Çünki həmin illərdə gənclər siyasəti üzərində daha aktiv işlər getməyə başlamışdı. Belə ki, 1995-ci ildə Ulu Öndərin tövsiyyəsi ilə 1996-cı ildən başlayaraq, Azərbaycan gənclərinin forumları keçirilmişdir. Bu forumlarda iştirak etmək zamanında mənə də qismət olmuşdur.
Bu dahi insan tərəfindən imzalanmış 2 fevral 1997-ci il sərəncamına əsasən fevralın 2-si “Azərbaycan gəncləri” günü elan edilib. O, hər zaman deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Çox müsbət haldır ki, bu gün, illər öncə bu şəxsiyyət tərəfindən deyilən sözlər, arzular Azərbaycan gəncliyi tərəfindən həyata keçirilir. Azərbaycan gəncliyinin inkişafının əsası Heydər Əliyev cənabları tərəfindən qoyuldusa, bu yolu uğurla onun siyasi varisi bu günPrezident İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Bu gün müasir Azərbaycan gəncliyi elmlə, texnologiya ilə məşğul olur, xarici dövlətlərdə bütün mədəni , kütləvi və idman tədbirlərində fəallıq göstərir, Azərbaycanın bayrağını yüksəklərə qaldırır, yarışlarda qalib olaraq, dövlətimizin himninin səslənməyinə və əcnəbilərin ayaq üstə bu himnə qulaq asmağına səbəb olur. Məhz Azərbaycan gəncliyi, Müzəffər Ali Baş Komandanın ardınca gedərək mir yumruğa”çevrilib bizləri qalib xalq etdi. Bu gənclər içərisində qanı işğaldan azad olunmuş torpağa qarışan şəhidlər var, canını vətən uğrunda yarım edən qazilər var. Budur Azərbaycan gəncliyi!
Bu yazını yazarkən gənclərimizin iradəsini, mərdliyini, savadını, zəkasını bütün qabiliyyətlərini, eyni zamanda vətənə, torpağa, Prezidentə sadiqliyini düşündükcə ,ürəyim fəxarət hissi ilə dolur. Bir nəfəsə geriyə dönüb baxmadan, 44 gün ərzində torpaqları işğaldan azad edənlərin yüksək faizi gənclik yaş qrupuna aid olan Azərbaycan gəncləri, doğrudan da hər bir yüksək dəyərə layiqdir.

Cəmilə Ağayeva

Əmircan bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}