İngilislərin satın almaq istədiyi ad


Ey dili qafil fil faili məchul fani f….

Derlər,

Unudulmuş oxucu, 

Yer üzündə gah qızıldərili, gah hindu dediyimiz bir xalq yaşayır. Bir sözlə, hindular yerli amerikalılardır. Hindulara görə, birisindən pul aldıqları zaman adlarını girov qoyar. Ta ki o pulu qaytarana kimi adlarından istifadə etməz, kimsənin onu o adla çağırmasına izin verilməzmiş.

Hindularla əlaqədar bu fikri oxuduğumda ayağım yerdən üzüləcəkdi. Bu xalq nə vaxtsa belə bir nəticəyə gəlib özüylə bağlı hökm verdiyində, görəsən niyə, nədən, nə üçün, hansı əsaslarla ruhunu tatmin etməyi bacarmışdır. Belə bir qənaət yalnız varlıq baxımından tatmin olmaqla ruhsal yönündə yaşamaqlamümkün bir qərar sayıla bilər. Fikrimcə, bu qərar və hökm yalnız bu şərtlərdə yaşama dönür, törəyə çevrilə bilir. Sən adını hər şeydən üstün tutub kimliyini bu dünyada heç nəyə görə kirlətməyə könül razılığı vermirsən. Sən adının xatirinə hər şeyi gözə almağı bacarmışsan deməkdir. Sənə qədər varlığının dəyəri adın üzərindən keçib və təsdiqini tapıb.

 

Maddiyata qarşılıq olaraq, adını ortaya qoyan insan demək ki, şəxsiyyətini hər zaman ön planda tutmuş birisidir. Bu da onun mənsub olduğu xalqın mənəviyyatla bağlı necə bir dərinliyi yaşadığını, “uca”lığı son seçim yeri etdiyini bir daha başqalarına xatırladır. Əgər birisi maddiyatı qarşılığında digərindən adının girov qoyulmasına razılıq vermişsə, bu həm də maddiyyat sahibinin mənəviyytla deyil, şəxsiyyətlə dolayısı ilə desək, madiyyatla sıx(ı) bağlılığından xəbər verir. Bu anlaşma qarşısında varlığını sürdürən birisi, pulunun müqabilində qarşısındakından Ad-ı yerinə onun hər hansı bir əşyasını da girov tuta bilərdi. Burdan bəllidir ki, şərti kəsən pulu verən deyil, pulu alandır. Kəsinliklə bəlli olur ki, pulu verəndə bu qədər dəyər anlayışı yoxdur. Kim nəyi səsləndirirsə, ona dəyər verir.


Derlər,

Unudulmuş oxucu, 

Füzuli demiş, kim nə miqdar olsa, sözü də ol miqdarda olur. Burda görünən odur ki, çıxılmaz duruma düşən, mağdurluq yaşayan borclu kəsim əslində hindudur...pulu alan tərəfdir. Ancaq biz məsələyə bəşəriyyətin keçdiyi yol, gəlib çıxdığı və qəbul elədiyi formalaşmış prinsiplərdəki mahiyyət baxımından məna verib hökm oxusaq, kəsinliklə bu qaşılaşmada, borclu və yenə borclu pozisioyonda qalan pulu verən tərəfdir. Niyə? Çünki mənəviyyatla, ruhaniyyətlə bağlı dəyərin heç bir qarşılığı yoxdur. Bunu bilmədiyindən dolayı, görünür ingilis hinduya pul verərkən onun girov olaraq AD-ını ortaya qoymağının mahiyyətindən indiyə kimi xəbərsizdir. Əgər hindu, deyək ki, ingilisdən 10 dollar borc AD-ının qarşılığında götürübsə, üstəlik, bu məbləği ölənə kimi qaytara bilməyibsə, demək hindu bu şərtlərdə AD-ından ömrünün sonuna kimi istifadə edə bilməyib. Yaxud da belə durumda hindu AD- sız AD- ını kimsəyə səsləndirmədən yaşamağı özünə qanun kimi qəbul edib. Ömrünün sonuna kimi ingilisdən pul alan hindu onu tanıyan adamlara adının çağrılmasını qadağan edə bilirsə, demək o bir adama borclu olduğunu onu tanıyan hər kəsə elan edib. Bu nə deməkdir? Bu onu tanıyanların hər birinin yaddaşından qutsal bildiyi adını bir - bir yığmasına, toparlamasına və borclu durumda olanın həm də özünü toparlamasına, güclü olmasına işarədir. 

Bu yerdə adını girov qoyan hindunun ruhsal zəkasının necə də sonsuza işlədiyinin fərqinə varmalı oluruq. Məsələnin boyutları da genişlənib haralara kimi işlədiyi də söz konusudur. Baxın, hindu AD- ını qoyub pul götürür. Onun etibarı AD-ıdır. İngilis də bu etibarın onun ADının olmasını bilir və hinduları gözəl tanıdığından heç bir tərəddüd etmədən razılaşır. Bu tərəfdən ingilislə AD- ının qarşılığında anlaşan hindu, digər bir yönə qapı açır. Onu o zamana qədər tanıyan və tanıya biləcək insanların yaddaşına müdaxilə edir. Sanki bəzi quşlar kimi yuvasından çıxıb yumurtasını başqa yerdə yumurtlayıb balasın çıxarıb sonra yuvaya gətirəcəkmiş kimi,  hindu da bu borc olayında eyni aqibəti yaşayır və həyat səhnəsində eyni rolu oynayır. Bu əxlaq nədən irəli gəlir, hardan qaynaqlanır. Demək, hindunun, borc alanın hiss elədiyi böyük və həyati bir təhlükəsi var. O, bu təhlükə qarşısında eynən dedyim quşlar misali nəsil məsələsi və varlığı sözkonusuysa, yuvasını tərk edir, AD- ını girov qoymaqla, bir tərəfdən də AD-ının başqaları tərəfindən səsləndirilməsini kəsinliklə qadağan edir. Məsələn, hindu bu qədər borcunu uzun müddət qaytara bilmirsə, adını ətrafına unutdurur. Adı unudulan hindu, bu ruhani insan, onun başqa planetlərdəki əqrabasıyla bağlarının kəsildiyinə, kəsiləcəyinə inanır. O bu dərddən qahr olur. Dağılır, parçalanır, əriyir, çiliklənir, yerin dibinə girir. Onu, adı unudulduqca, başqaları tərəfindən deyilmədikcə, səslənmədikcə, başqa inandığı aləmdə də demək sıxıntı yaratdığını, ordakılarla bağların zəifləyib qopduğunu, beləliklə, yaşadığı topluma şərin, şər güclərin tezliklə gələcəyini, birgəyaşayışa xələl gətirəcəyini bildiyindən, girov olaraq adını qoyub, bu yolla özünü bəribaşdan cəzaya namizəd qılır. (Belə mənliyə işləyən cəzayla özünü sığortalamaq əyləmi özgə bir dünyanın izlərindən xəbər vermirmi?:-x.t.) O sarıdan bir hindu yaxşı bilir ki, adı qarşılığında kimsədənsə aldığı pulu kəsinliklə qaytarmalıdır. Çünki əks halda adı onun başına hər iki dünyada oyun açacaqdır.


Derlər,

Unudulmuş oxucu,


Hətta bu məlum məsələni başqa bir prizmadan da yozmaq mümkün. Hindunun bu qeyri-adi hərəkətini ironiya ilə də əsaslandırmaq mümkün. Yəni kimlik baxımından mükəmməl donatılmış bu xalq dünyada nə qədər ciddi addımlar atıb üz - gözündə cizgilər sərgiləyirsə, o biri aləmə də o qədər daxili və ruhani təbəssüm,  bir az da sərt desək, ironiya ötürür. Əslində hindunun adını girov qoyub pul alması onun gerçəkliyində əsli - zatından ciddiliyini alıb ironiyasını  qayıblardan verməsi, göndərməsidir.

**

Bir hindunun AD-ı bir əşyanın adı da deyil. Heç ingilisin adının tutumunda, ayarında da deyil. Olsa- olsa, uzaq başı bir mənəvi anlam daşır, ruhani məna içərir. Demək, bu yerdə hindu AD-ı ad olmaqdan çıxıb onun həyatının şifrəsi  və koduna imza atır. Bu şifrə onun əbədi və sonsuz həyat yolçuluğunda can, ruh, əxlaq qılaflı bədəlindən başqa bir şey deyildir.

Mənə elə gəlir, hinduya AD-ı qarşılığında pulu borc verən ingilis də, hər hansı birisi də onun qəpiyi, milyonu qarşısında hindu daha dəyərli bir şeyini: -  varlığını girov qoyur. İngilis bunu bilməmiş olmaz. Bəlkə bir hinduya girov qoyacağı hər hansı maddi dəyər sayılacaq əşyanın müqabilində ingilis pul verməzdi. Bu yerdə ingilisin bir özəlliyi ortaya çıxır. İngilisi ingilis edən, onun para, maddiyyat qarşılığında başqasının hər türlü mənəvi və ruhani dəyərlərini bilərəkdən ticarətə çevirə bilməsidir.

Bu qərib hadisədə iki xalqın, iki tərəfin dəyəri net şəkildə ortaya çıxır. Biri maddiyatın qarşısına öz mənəviyyatıyla (hindu) çıxır, o biri mənəviyatın qarşısına pulla, maddiyyatla (ingilis) xortlayır.

 

Xanəmir Telmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti