Dünən, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
İranın Təbriz şəhərində hərbi vəziyyət elan edilib.Sozcu.info xəbər verir ki, bu barədə “Svobodniy İran” teleqram kanalı məlumat yayıb.Bildirilib ki, vətəndaşlara axşam saat 20:00-dan sonra çölə çıxmaq qadağandır.Təbrizdəki Böyük Bazarın, eləcə də böyük ərzaq mağazalarının bağlandığı bildirilir:“Bəzi kiçik pərakəndə satış məntəqələri müəyyən saatlarda açıq olsa da, zəruri mallara çıxış məhdud olaraq qalır”.Xatırladaq ki, İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar dekabrın 28-də başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini artırıb, göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə edib. Yanvarın 8-də hakimiyyət İranda interneti bağladı. Bəzi ərazilərdə telefon xidməti də məhdudlaşdırılıb. Bunun hökumətin etirazçılara qarşı basqınının bir hissəsi olduğu düşünülür.