İcra başçısı belə olar -Foto

Qədim maddi- mədəni abidələrimizlə ulu tariximizi yaşadan, bir- birindən yaraşıqlı tikililəri, göz oxşayan , yaşllığa bürünmüş küçələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları ilə bu günkü həyat, yaşayış tərzindən xəbər verən Beyləqana  aprel ayının 24- dəki səfərimiz unudulmaz və zəngin təəssüratla yaddaşlara həkk olundu.  Beyləqan Mədəniyyət evində qələbəlik idi. Ədəbiyyatsevərlər tanınmış publisist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin yaradıcılıq gecəsinə böyük həvəs və həyacanla toplaşmıdı. Şəfəq xanımın həmyerliləri, qonaqlar- görkəmli ədəbiyyatşünas professor Rüstəm Kamal, tanınmış tədqiqatçı, filologiya elmləri doktoru Pərvanə Məmmədli,  istedadlı  yazıçı, tənqidçi, şair Əsəd Cahangir və başqaları Ş. Nazir irsindən məhəbbətlə söz açdılar, əsərlərini yüksək dəyərləndirilir. Əlbəttə, bu barədə çox danışmaq olar. Fəqət bu səfər zamanı daha bir məqam diqqətimi çəkdi. Məni, imzamı tanıyanlar bilir ki, əlimə qələm alandan düzü düz, əyrini əyri yazmışam... Keçirəm mətləbə.

İş elə gətirib ki, fəaliyyətimlə bağlı demək olar ki, ölkəmizin bütün bölgələrini gəzmiş, rayon rəhbərləri ilə görüşmüş, ən müxtəlif  mövzularda söhbətlər etmişəm.

Beyləqan İcra Hakimiyyətinin başçısı Əziz Əzizov intellekti, yüksək mədəniyyəti, səlis, sərbəst nitqi, sakinlərlə rəftarı, isti münasibəti, xoş ünsiyyəti , geniş dünyagörüşü ilə diqqətimi çəkdi. Rayon ərazisinə daxil olandan ölkə Prezidentinin  xalqa, dövlətə xidmət etməklə bağlı məmurlara verdiyi tövsiyə və tapşırıqlara  məsuliyyətlə və ciddi yanaşıldığı, əməl olunduğu hiss edilir.

Ə. Əzizovun tədbirdəki çıxışı əslində onun kimliyini xarakterizə etmək üçün kifayətdir. Şəhid  ailələrinə, qazilərə hörmət və ehtiram, 

ölkənin ərzaq təhlükəsizliyinə, sakinlərin rifah halının yaxşılaşdırılmasına, məşgulluğunun təmin edilməsinə töhfə vermək istiqamətində həyata keçirilən tədbirlər başçının nitqindən sezilirdi.  

O,  çıxışında rayondan pərvazlanan elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinə, onların xidmətlərinə, sakinlərlə görüşünə yüksək dəyər verdiyini məmnunluqla dilə gətirdi. Açığını deyim  ki, RİH-nin başçısı bu cəhəti ilə də qonaqlarda xoş təəssürat yaratdı.

Abid Tahirli



Oxşar Xəbərlər

Xəbər lenti